Xəbər mənbələri İsrail rejiminin Qəzzədə döyüşmək istəməyən hərbiçiləri qorxutmaq üçün həbs etdiyini açıqlayıb.
Xarici KİV-in verdiyi məlumata görə, İsrail Radio və Televiziya Təşkilatı (KAN) Qəzzə zolağında hərbi əməliyyatlara qayıtmaqdan imtina edən iki İsrail hərbiçisinin ordu baş qərargah rəisinin rəsmi əmri ilə “həddindən artıq tükənmə” səbəbiylə bu gündən etibarən hərbi həbsxanaya göndəriləcəyini açıqlayıb.
Digər tərəfdən, bu İsrail mediası daha 11 hərbiçinin də hədsiz yorğunluq səbəbindən Qəzzədə döyüşlərdə iştirak edə bilməyəcəklərini komandirlərinə çatdırdıqlarını açıqlayıb.
İsrail hərbi mənbələrinə görə, iki hərbiçi Nahal Briqadasındandır və müharibəni davam etdirə bilməyəcəklərini rəsmən açıqlayıblar; Bu, münaqişələrin aşınması və onların İsrail hərbiçilərinin mənəviyyatına təsirini göstərə biləcək bir məsələdir.
Bu hadisələr Qəzzə müharibəsinin iyirminci ayına qədəm qoyduğu və İsrail ordu qüvvələrinin fələstinli qrupların sərt və geniş müqaviməti ilə üzləşdiyi bir vaxtda baş verib. Hansı ki, bunlar indi insan itkiləri ilə yanaşı, İsrail ordusu üçün psixoloji və struktur nəticələrlə sonlanan münaqişələrdir.