Qəzzədə ölkənin yardımlarının talan edildiyinə işarə edən BƏƏ mənbələri İsrail ordusunu bu işə qarışmaqda ittiham edib.
Yüklərin Qəzzə zolağında sionist hərbçilərin nəzarəti altında olan ərazilərə daxil olmasından sonra BƏƏ öz yardımlarını daşıyan 23 yük maşınının oğurlandığını açıqlayıb.
BƏƏ mənbələri ötən çərşənbə günü un və çörək avadanlığı daşıyan bir sıra yük maşınının Qəzzədəki anbarlara daxil olduğunu və Qəzzədə çörəkbişirmə müəssisələrinin fəaliyyətə başlayacağına dair ümidləri artırdığını açıqlayıb.
BƏƏ un, qaz, yağ, duz, şəkər və digər zəruri malları daşıyan 103 yük maşınının Qəzzəyə daxil olmasının planlaşdırıldığını, ancaq bu əraziyə yalnız 24 yük maşınının girməsinə icazə verildiyini və faktiki olaraq, anbara yalnız bir yük maşınının gətirildiyini bildirib.
BƏƏ mənbələri yüklərin gəlməməsinin səbəbinin İsrail ordusunun yük maşınlarını təhlükəli marşrutlardan keçməyə məcbur etməsi olduğunu, bu zaman yük maşınlarının yüklərinin İsrail hərbçilərinin təhlükəsizlik nəzarəti altında olan “qırmızı zona”da talan edildiyini açıqlayıb.
BƏƏ mənbələri Qəzzə sakinlərinə yardımın təhlükəsiz və sürətli şəkildə ötürülməsi üçün təhlükəsiz və daimi marşrutlar yaratmaq üçün beynəlxalq ictimaiyyəti və müvafiq tərəfləri çox tez müdaxilə etməyə çağırıb.