Məsud Əbu Səid deyir ki, o, iki həftə ərzində canlı qalxan kimi evlərə və tunellərə girməyə məcbur olub. O, göz yaşlarını boğaraq İsrail hərbiçilərinə “Uşaqlarımı yenidən görmək istəyirəm” deyib.
Xarici KİV-in verdiyi məlumata görə, bu fələstinli kişi bildirib ki, əlləri qandallı və gözləri bağlı olmadığı yeganə vaxt, israilli əsgərlərin onu insan qalxanı kimi istifadə etdiyi vaxt olub.
“Əymən Əbuhəmdan” hərbi geyimdə və alnında kamera ilə deyib ki, onu Qəzzə zolağındakı evlərə girməyə məcbur ediblər ki, orada partlayıcı maddə və ya silahlıların olub-olmadığını yoxlasın. Onun sözlərinə görə, bir hərbi birliyin işi bitdikdən sonra onu növbəti birliyə təhvil verirdilər.
O, verdiyi müsahibədə deyib: Məni döydülər və dedilər: Başqa çıxış yolun yoxdur, ya bu işi gör, ya da səni öldürəcəyik.
36 yaşlı Əbuhəmdan bildirib ki, ötən yay iki həftə yarım İsrail ordusunun nəzarətində olub və o, “insan qalxanı” kimi istifadə edilib. Onun sözlərinə görə, israilli əsgərlər onun arxasında dayanırdı və ərazi təhlükəsiz elan olunduqdan sonra binaya daxil olub onu dağıdır və ya partladırdılar.
Gecələri əl-qolu bağlı, qaranlıq bir otaqda keçirirmiş və səhərlər yenidən həmin əməliyyatlara qatılmağa məcbur edilirmiş.
Adının açıqlanmasını istəməyən bir israilli zabit xəbər agentliyinə deyib:
“Bu əmr çox vaxt yuxarı komandanlıq səviyyəsindən gəlirdi və bəzi hallarda demək olar ki, bütün bölmələr fələstinlilərdən bölgələri təmizləmək üçün istifadə edirdi.”

Bir neçə fələstinli və israilli hərbçi bildiriblər ki, İsrail ordusu sistematik şəkildə fələstinliləri insan qalxanı kimi istifadə etməyə məcbur edir; onları binalara və tunellərə göndərirlər ki, orada partlayıcı maddələr və ya silahlı şəxslər olub-olmadığını yoxlasınlar. Onların sözlərinə görə, bu təhlükəli taktika, 19 aylıq müharibə ərzində geniş yayılmış təcrübəyə çevrilib.
Associated Press xəbər agentliyi Qəzzə və İordan çayının qərb sahilində insan qalxanı kimi istifadə olunan yeddi fələstinli ilə və bu cür əməliyyatlarda iştirak etdiklərini bildirən iki israilli hərbçi ilə müsahibə aparıb.
İsrail ordusunun keçmiş əsgərlərindən ibarət ifşaçı “Sükutu Qırmaq” təşkilatının icraçı direktoru“Nadav Vayman” müsahibəsində bildirib: “Bunlar tək-tük hallar deyil, sistematik bir iflası və dəhşətli mənəvi enişi göstərir. İsrail HƏMAS-ı mülki şəxslərdən insan qalxanı kimi istifadə etdiyinə görə yüksək səslə qınayır, amma bizim öz əsgərlərimiz eynilə bu işi görür.”


Hüquq müdafiə təşkilatları bildirib ki, İsrail rejimi onilliklərdir Qəzzə və İordan çayının qərb sahilində fələstinlilərdən insan qalxanı kimi istifadə edir. Halbuki İsrail Ali Məhkəməsi 2005-ci ildə daha çox simvolik xarakter daşıyan bir qərarla bu hərəkəti qeyri-qanuni elan etmişdi. Amma ona heç vaxt əməl olunmadı.
Üç israilli hərbçi bildirib ki, İsrail komandirləri insan qalxanından istifadə olunduğundan xəbərdar idilər və bəziləri bu əmrin verilməsində iştirak ediblər. Onların sözlərinə görə, bu üsul “ağcaqanad protokolu” kimi tanınırdı və fələstinlilərə istinadən “arı” kimi alçaldıcı ifadələr işlədilirdi.
Onlar bildiriblər ki, “fələstinlilərdən insan qalxanı kimi istifadə edilməsi əməliyyatları sürətləndirir, sursatı qoruyur və hərbi itlərin yaralanması və ya ölümünün qarşısını alırdı”.
Digər bir israilli hərbçi də, özünün əleyhinə mümkün qisas tədbirlərindən qorxduğu üçün adının açıqlanmaması şərti ilə, bu xəbər agnetliyinə deyib ki, israilli əsgərlərin 16 yaşlı bir yeniyetmə və 30 yaşlı bir kişidən bir neçə gün ərzində istifadə etdiyinin şahidi olub.
Onun sözlərinə görə, yeniyetmə oğlan daim əsirdi və hər ikisi də təkrar-təkrar “Rəfəh, Rəfəh” deyirdilər. Rəfəh o dövrdə bir milyondan çox fələstinlinin döyüş bölgələrindən sığınmaq üçün üz tutduğu Qəzzənin cənubundakı ən ucqar şəhərdir.
Qəzzəli başqa bir fələstinli olan “Məsud Əbusəid” də bildirib ki, 2024-cü ilin Mart ayında Qəzzənin cənubundakı Xan Yunis şəhərində iki həftə ərzində insan qalxanı kimi istifadə olunub.
O, bir işğalçı hərbçiyə belə demişdi: “Bu çox təhlükəlidir. Mənim uşaqlarım var və onları yenidən görmək istəyirəm.”
Bu 36 yaşlı kişi deyib ki, onu evlərə, binalara və xəstəxanalara girməyə məcbur ediblər ki, şübhəli tunelləri qazsın və əraziləri təmizləsin. O, tanınması üçün xilasedici jileti geyinmiş, özü ilə mobil telefon, çəkic və zəncirkəsmə alətləri götürmüşdü.
O, deyib ki, əməliyyatlardan birində başqa bir hərbi birliyin insan qalxanı kimi istifadə etdiyi qardaşı ilə qarşılaşıb. Onlar bir-birini qucaqlayıblar. O, deyib: “Elə bilirdim İsrail ordusu onu öldürüb.”