Sionist rejimin TV kanallarından biri hesabatında Qəzzə müharibəsi başlayan vaxtdan bəri dünyanın 40-dan çox ölkəsinin bu rejimin hərbiçilərinə qarşı məhkəmə iddiası qaldırdığını üzə çıxarıb.
Sionist rejimin bu mediası hesabatında əlavə olaraq bildirib ki, bu rejimin nazirlər kabneti hərbiçilərin işğal olunmuş Fələstindən xaricə səfərləri zamanı həbs olunma riskindən qorunmaları üçün yeni işçi qrupu yaratmaq qərarına gəlib.
Sionist rejimin televiziya kanalı bundan öncə verdiyi hesabatda işğal olunmuş Fələstin hüdudlarından kənarda bu rejimin hərbiçilərinə qarşı 50-yə yaxın şikayət olunduğu haqda məlumat vermişdi.
Məlumata əsasən, Fələstindən kənarda sionist hərbiçilərin əleyhinə cəzalar və qanuni addımlar üçün səylər artıb.
Sionist rejimi 2023-cü il Oktyabrın 7-də Qəzzə zolağına qarşı müharibəyə başladı. Bu müharibənin iki əsas məqsədi HƏMAS hərəkatını məhv etmək və bu bölgədən sionist əsirləri geri qaytarmaq idi. Lakin rejim bu hədəflərə çatmaqda uğursuz oldu və nəhayət, əsirlərin mübadiləsi üçün HƏMAS hərəkatı ilə razılaşmağa məcbur qaldı.
2025-ci il Yanvarın 19-da HƏMAS və sionist rejimi arasında əldə olunmuş razılaşmaya əsasən Qəzzə zolağında atəşkəs elan olundu və bu çərçivədə bir sıra əsirlər mübadilə edildi. Lakin sonradan sionist rejim atəşkəsin ikinci mərhələsi üzrə danışıqlara qatılmaqdan imtina edərək, 18 Mart 2025-ci ildə çərşənbə günü səhər saatlarından etibarən atəşkəsin şərtlərini pozaraq Qəzzə zolağına hərbi təcavüzünü yenidən başladı.