Qərb mediası İsrailin təhlükəsizlik xidməti olan Şabak-ın ABŞ-ın yeni administrasiyasına qarşı casusluq etdiyini üzə çıxarıb.
Xarici KİV-in “The Telegraph” qəzetinə istinadən verdiyi xəbərə görə, adının açıqlanmasını istəməyən məlumatlı bir mənbənin sözlərinə əsasən, sionist rejimin baş naziri Benyamin Netanyahunun kabineti bu rejimin kəşfiyyat xidmətinə ABŞ-ın gizli və məxfi fəaliyyətlərini izləmək tapşırığı verib.
Bu xəbərə əsasən, Netanyahu ABŞ-ın pərdəarxasında nə etdiyini və ABŞ prezidenti Donald Trampın hansı planlara sahib olduğunu öyrənmək istəyir.
Bundan əvvəl “Fox News” telekanalı da sionist rejimin keçmiş kəşfiyyat rəsmisinə istinadən xəbər vermişdi ki, Donald Tramp Tel-Əvivə verdiyi dəstəyi böyük ölçüdə azaldıb.
Həmin şəxs əlavə edib ki, sionist rejimin kabineti müxtəlif məsələlər, xüsusilə də Yəmənlə bağlı çətinliklər və çıxılmaz vəziyyətlə üz-üzə qalıb.