Keçmiş Avropa Birliyinin xarici siyasət rəsmisi Qəzzə zolağında soyqırımın baş verdiyini etiraf edib və Qəzzə əhalisinin üzərinə atılan bombaların böyük bir hissəsini Avropa ölkələrinin təmin etdiyini təsdiqləyib.
Xarici KIV-in verdiyi məlumata görə, Avropa İttifaqının keçmiş xarici siyasət rəhbəri Josep Borrell sionist rejimin Qəzzədə soyqırımı törətdiyini, lakin Avropa ölkələri onun dayandırılması üçün kifayət qədər səy göstərmədiklərini etiraf edib.
O, vurğulayıb: Qəzzə zolağına atılan bombaların yarısının mənbəyi bizik (avropalılar), lakin Avropa İttifaqı bunun qarşısını almaq üçün kifayət qədər çalışmır.
Borrell İspaniyanın Yuşte monastırında Avropa “Karlos Beşinci” mükafatını qəbul etdikdən sonra bildirib: Avropa İkinci Dünya Müharibəsindən sonra ən böyük etnik təmizləməyə şahidlik edir və bunun məqsədi fələstinlilərin aradan götürülməsindən sonra bir istirahət və turizm mərkəzi yaratmaqdır.
O, bu açıqlamaları ilə Qəzzədə baş verən soyqırımını qəbul edib və Avropa ölkələrinin bu cinayətdə İsrail rejimi ilə şərik olduğunu vurğulayıb. Çünki Avropa İttifaqının İsrailin Qəzzədəki cinayətlərini dayandırmaq üçün çoxsaylı təsirli alətləri mövcuddur.
O, 2024-cü ilin sonunda Avropa İttifaqındakı vəzifəsini Estoniyanın sabiq baş naziri Kaya Kallasa təhvil verməzdən əvvəl də bildirmişdi: Biz çox məyus olduq, çünki Qəzzədə soyqırımı həyata keçirən İsraili dayandıra bilmədik… Yeganə görüləcək iş İsrailə təzyiq göstərməkdir… Bizim Qəzzə zolağındakı insanlara təqdim edəcəyimiz heç bir şey yoxdur, bu təhlükəsizlik şəraitində həmin bölgəyə daxil olmaq mümkün deyil.