Sionist rejimin keçmiş müharibə naziri nəhayət, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Doğru Vəd-2” əməliyyatında sionistlərə güclü bir zərbə endirdiyini etiraf edib.
Xarici KİV-in verdiyi məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçirdiyi “Doğru Vəd-2” əməliyyatından 8 ay sonra, sionist rejimin keçmiş müharibə naziri “Yoav Qalant” çərşənbə axşamı etiraf edib ki, sionistlər atılan raketlərin çoxunu ələ keçirməkdə uğursuz olublar.
Qalant etiraf edib: “İsrail İranın Oktyabr ayında atdığı çoxsaylı raketi ələ keçirməkdə uğursuz olub. İran 200 ballistik raket atmışdı.”
“Doğru Vəd-2” əməliyyatı keçən ilin Oktyabr ayında “Ya Rəsul Allah (s)” şüarı ilə həyata keçirilmişdi və bu əməliyyat zamanı SEPAH-ın raketləri işğal olunmuş ərazilərdəki strateji mərkəzləri hədəfə almışdı.
Bu əməliyyat zamanı bəzi hava və radar bazaları, eləcə də müqavimət liderlərinə, xüsusilə şəhid dr. İsmail Haniyə və Hizbullah lideri şəhid Höccətül-islam vəl-müslimin Seyid Həsən Nəsrullah, həmçinin Hizbullah, Fələstin İslam Müqaviməti və SEPAH komandirlərininə qarşı sui-qəsd və terror planlarının hazırlandığı mərkəzlər və qərargahlar hədəfə alınaraq vurulmuşdu.
SEPAH-ın bildirdiyinə görə, baxmayaraq ki, bu bölgə ən qabaqcıl və sıx hava hücumundan müdafiə sistemləri ilə qorunurdu, raketlərin təxminən 90 faizi hədəfə uğurla çatmışdı. İran İslam Respublikasının kəşfiyyat və əməliyyat sahəsindəki üstünlüyü sionist rejimini vahiməyə salmışdı.
SEPAH əlavə edib ki, bu əməliyyat “qanuni müdafiə haqqı çərçivəsində” və beynəlxalq qanunlara əsasən həyata keçirilmişdi. Eyni zamanda xəbərdarlıq olunub ki, düşmənin hər hansı bir axmaqlığı dağıdıcı və peşmanedici bir cavabla qarşılaşacaq.

Qalant sonda bu raketlərin bəzilərinin 500 kq-dan 900 kq-a qədər partlayıcı maddə daşıdığını vurğulayaraq deyib: “Bu raketlərin əksəriyyəti İsraildə partladı və biz onları ələ keçirməkdə aciz qaldıq. Raketlər binalara dəydi və bizə çoxlu ziyan vurdu.”