Sosial şəbəkə istifadəçiləri Ər-Riyadda avtomobildən açıq şəkildə spirt boşaldılması ilə bağlı video yayıblar.
Əl-Əhd saytı bu içkilərin Hollandiyada istehsal olunduğunu açıqlayarkən əlavə edib ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman öz metodları ilə Ərəbistan yarımadasının imicini ləkələməyə, onu tarixi və islami dəyərlərdən uzaqlaşdırmağa çalışır.
Məlumata görə, internet fəalları bu məsələ ilə bağlı öz narazılıqlarını bildirib və İslam prinsiplərinə zidd olaraq spirtli içkilərin daşınmasını pisləyiblər.
Eyni zamanda Bin Salmanın planları ilə bağlı məxfi bir sənəd sızdırılıb. Sızdırılan sənəd Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın şübhəli planlarını ortaya qoyur. Sənədə əsasən, Bin Salman 2030-cu il perspektivində Səudiyyə Ərəbistanının ənənəvi cəmiyyətini dünyəviləşdirmək və onun mənəvi kimliyini tədricən dəyişmək üçün hər cür səy göstərməyə çalışdığı qeyd olunub.
Sənəddə yazılıb ki, Məhəmməd bin Salman Səudiyyə Ərəbistanı hökumət heyəti ilə görüşdə İslami Məsələlər, Təbliğat və Maarifləndirmə Nazirliyinə Səudiyyə Ərəbistanında “intellektual tolerantlıq” adlanan məsələ ilə bağlı planlar hazırlamaq göstərişi verib.