Qərbdə qadınların azadlığı və onların hüquqlarına hörmətlə bağlı kütləvi informasiya vasitələrinin təbliğatına baxmayaraq, son statistik məlumatlar aktyorluq sənayesinin qadınlar üçün təhlükəsiz olmadığını göstərir.
İspaniyada film istehsalı sənayesi ilə əlaqəli sahələrdə aparılan araşdırmada iştirak edən qadınların 60%-dən çoxu cinsi zorakılığın qurbanlarıdır.
Bu statistika “Qadın Kinorejissorlar və Audiovizual Media Assosiasiyası”nın hesabatında açıqlanıb.

İspaniyada, xüsusən də 24H (24 saatlıq xəbər kanalı) kimi xəbər TV kanallarında gündəlik xəbərlərdən biri gender zorakılığı, ailə içi zorakılıq, cinsi zorakılıq və ya qadınlara qarşı kişi zorakılığı kimi başlığa sahib olan xəbərlərdir.
İspaniyada cinsi zorakılıq “aktyor seçimi prosesindən festivallara qədər” hər zaman yayılmış bir problem olub

“Sükutdan sonra: Film və Audiovizual Sənayedə qadınlara qarşı cinsi zorakılıq və sui-istifadənin təsiri” adlı bir araşdırmaya əsasən, qadınların 49%-i fiziki zorakılığa, 81%-i isə sözlü zorakılığa məruz qalıb. Bu statistika sənayedə qadınların yaşadığı ciddi təzyiqləri və zorakılıq hallarını gözlər önünə sərir.
Bu müddət ərzində cinsi zorakılığa məruz qalan qadınların təxminən dörddə biri, bu zorakılığın rəqəmsal və ya virtual cinsi sui-istifadə formasında olduğunu bildirib. Bu, texnologiyanın və sosial medianın istifadəsi ilə əlaqədar olaraq, yeni növ zorakılıq halları və onların yaratdığı təhlükələri göstərir.