İsraillilər Netanyahu ailəsini “Bibi”nin rəhbərliyi altında İsraili və israilliləri idarə edən “cinayətkar mafiya dəstəsi” hesab edirlər.
Siyasi sui-qəsddən tutmuş xəyanət, itaətsizlik və həbslərə qədər – bu gün İsrailə hakim olan ifadələr bunlardır, baxmayaraq ki, israillilər bu anlayışlarla yad deyillər. 1995-ci ildə İshaq Rabinin sui-qəsdlə öldürülməsindən bu yana israillilər bu terminlərlə yaşayırlar və hər gün siyasi liderlərindən birinin qətlə yetiriləcəyini gözləyirlər.
Netanyahu ilə Şin Bet rəhbəri Ronen Bar arasında dərinləşən siyasi böhran fonunda, İsrail müxalifətinin lideri Yair Lapid bu rejimdə siyasi sui-qəsdlərin baş verə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Daxildə vəziyyət getdikcə daha çox ikiqütblü xarakter alır, müharibənin dayandırılması və əsirlərin geri qaytarılması tələbi ilə etirazlar artır. Bu şəraitdə həm etirazçılar, həm də hakim koalisiya bir-birini xəyanətdə və rejimin təhlükəsizliyini zəiflətməkdə ittiham edir, bəzi siyasi liderlərin həbsini tələb edirlər.
Lapid mühüm çıxışında bildirib ki, onun əlində İsrailin siyasi qətllərə doğru getdiyini göstərən məlumatlar var və bu vəziyyətin bir fəlakətə səbəb ola biləcəyini vurğulayıb.
O vurğulayıb ki, İsraildə düşmənçilik səviyyəsi dəli səviyyəsinə çatıb və bu, nə ərəblərdən, nə Həmasdan, nə də Hizbullahdan qaynaqlanır – bu düşmənçilik birbaşa biz yəhudilərdən gəlir.
Bu fikirləri “Yisrael Beitenu” partiyasının lideri Aviqdor Liberman da təsdiqləyib və əlavə edib ki, israillilərin sosial şəbəkələrdəki ritorikasını zorakılıq yönlü və aqressiv bir diskurs bürüyüb.

İsrailin keçmiş hərbi və təhlükəsizlik rəhbərləri – Dan Halutz (ordunun keçmiş rəhbəri), Yoram Kohen (Şin Bet-in keçmiş rəhbəri), Efraim Halevi (Mossad-ın keçmiş rəhbəri), Moşe Karadi (polis rəisi), Uri Saquy (hərbi kəşfiyyatın keçmiş rəhbəri) və Ami Ayalon (dəniz qüvvələrinin keçmiş komandiri) – da bu vəziyyətlə razı olduqlarını bildirərək, “Netanyahunun şəxsi maraqları ilə İsrailin milli maraqları arasında gedən müharibə” adlandırdıqları gedişata qarşı xəbərdarlıq ediblər.
Onlar vurğulayıblar ki, Netanyahu və məsləhətçiləri, “Qətərgeyt” kimi siyasi qalmaqallar və şəxsi maraqları naminə, nə Ronen Barın vəzifədən uzaqlaşdırılmasını, nə də müharibənin davamını əsas görürlər – onların əsas məqsədi İsrailin özünü qurban verməkdir.
“Demokratlar” partiyasının lideri Yair Golan da bildirib ki, biz təhlükəsizlik və siyasi cəhətdən iflasa uğramış, boyunadək korrupsiyaya batmış bir baş nazir ilə üz-üzəyik. O, qeyd edib ki, Netanyahunun ailə üzvləri İsrailin düşmənləri ilə gizli əlaqələrə malikdirlər və bu gün sadəcə siyasi sağ qalmaq uğrunda mübarizə aparırlar.
Golan Netanyahunu “xaos yönümlü bir kabineti idarə edən” bir şəxs adlandıraraq, onu İsrail üçün sadəcə təhlükə deyil, birbaşa milli təhlükəsizliyə təhdid kimi qiymətləndirib və dərhal vəzifədən uzaqlaşdırılmalı olduğunu vurğulayıb.

İsrail ordusunun keçmiş komandanı Qadi Ayzenkot bir məsələni ifşa edərək bildirib: Netanyahu Şabak-a (daxili təhlükəsizlik xidməti) nazirlərin və təhlükəsizlik rəsmilərinin telefon danışıqlarını dinləsi barədə göstəriş verib. O, eyni zamanda kabinet üzvlərindən təhlükəsizlik qurumlarını tənqid etmələrini tələb edir. Bütün bunlar Netanyahunun ətrafındakı dəli bir atmosferin göstəricisidir. Lənət olsun ona.”
Mafiya başçısının rəhbərlik etdiyi cinayətkar ailə
İsraillilər Netanyahunun ailəsini “cinayətkar mafiya dəstəsi” hesab edirlər, hansı ki, onlar “Bibi”nin rəhbərliyi ilə İsrail və israilliləri şəxsi və partiya maraqları naminə girov götürüblər.
İsraillilərin sözlərinə görə, Netanyahu polis orqanını siyasi bir quruma çevirərək təhlükəsizlik strukturlarının rəhbərlərini nəzarət altına almağa çalışıb və bunun nəticəsində bu qurumlara ciddi və ağır zərərlər dəyib.
Onlar vurğulayıblar ki, bütün bunlar Netanyahunun 7 Oktyabr tarixi məğlubiyyətinin məsuliyyətindən qaçmaq və korrupsiya dosyalarından bəraət almaq üçün edilir. Buna görə də o, Ali Məhkəmənin qərarlarını, genişmiqyaslı etirazları, itaətsizlik müraciətlərini və hətta İsrailin və israillilərin mümkün məhvinə belə əhəmiyyət vermir.

Qarşıdakı ssenarilər
Müşahidəçilər vurğulayırlar ki, İsraildə daxili böhran ən yüksək həddə çatıb və hər an bu rejimdə gözlənilməz hadisələr, o cümlədən Netanyahunun vəzifədən uzaqlaşdırılmasına dair hökmün çıxarılması mümkündür.
Onlar qeyd edirlər ki, bu ssenarini gücləndirən əsas amil, Barın məhkəmədə şahid qismində iştirakından sonra Netanyahunun qarşısında duran seçimlərin məhdud olmasıdır.
Barın ifadəsi Netanyahunu iki seçim qarşısında qoyub: ya bu ifadəni rədd etməlidir, ya da susmalıdır. Lakin Barın ifadəsini rədd etmək üçün Netanyahunun məhkəmədə qəbul ediləcək dəlillər təqdim etməsi lazımdır ki, görünür, belə dəlillər onun əlində yoxdur. Barın ifadəsi qarşısında susmaq isə, onların təsdiqi kimi qəbul olunacaq.