Yəmən Səhiyyə Nazirliyi ABŞ-ın Sənanın cənubundakı bir bazara etdiyi hava hücumlarında azı 12 nəfərin şəhid olduğunu açıqlayıb.
Amerikanın qırıcı təyyarələri həftənin bazar günü axşam Yəmənin müxtəlif bölgələrini, o cümlədən Sənanın cənubunu və ölkənin şərqindəki Mərəb şəhərini bombalayıblar.
Yəmən Daxili İşlər Nazirliyi yaydığı bəyanatda bildirib ki, ABŞ-ın təcavüzləri və Sənanın Şüub bölgəsində yerləşən Furuh bazarının bombalanması nəticəsində azı 12 nəfər şəhid olub, 30 nəfər isə yaralanıb.
Yəmən Səhiyyə Nazirliyinin məlumatına əsasən, xilasedicilər dağıntılar altında qaldıqları ehtimal olunan insanları çıxarmağa çalışıblar.
Eyni zamanda, xəbər TV kanallarından biri ABŞ ordusunun Sədə vilayətindəki Səhhar və Hərf Süfyan bölgələrinə 3 yeni hücum həyata keçirdiyi barədə məlumat verib.