ABŞ-ın qırıcı təyyarələri bazar günü axşam və bazar ertəsi səhər Yəmənin müxtəlif şəhərlərinə qarşı hücumlarını gücləndirməklə, azı 12 yəmənlini şəhid edib və digər 30 nəfəri isə yaralayıblar.
Amerika bazar günü axşam və bazar ertəsi səhər saatlarında Yəmənin müxtəlif yaşayış bölgələrini öz vəhşi hücumlarına məruz qoyub. Bu cinayətlərin kulminasiya nöqtəsi onlarla günahsız vətəndaşın qanına boyanması ilə nəticələnən Səna şəhərindəki bir bazarın bombalanması olub.
Yəmən Səhiyyə Nazirliyi ABŞ-ın gecə vaxtı Sənadakı bir bazara hücumunda şəhid olanların sayının 12, yaralıların sayının isə 30 nəfərə yüksəldiyini açıqlayıb.
Amerikanın Yəmənə qarşı təcavüzləri hələ də davam edir. ABŞ-ın təcavüzkar qırıcı təyyarələri həftənin bazar ertəsi günü səhər saatlarında Sədə vilayətinin Səhhar bölgəsini bombalayıblar.
ABŞ Yəmən torpağına qarşı yeni təcavüzündə Mərəb vilayətindəki əl-Cəubə məntəqəsini ardıcıl 2 dəfə bombalayıb. İmran vilayətində yerləşən Hərf Sufyan bölgəsi də 3 dəfə, Səna şəhərinin qərbində yerləşən əl-Məhəvrit vilayətindəki Cəbəl əl-Məhəvrit bölgəsi isə 1 dəfə amerikalıların hücumlarına məruz qalıb.
Yəmənin şimalında yerləşən Sədə vilayətində də ABŞ qırıcılarının 5 dəfə hücum etdiyi qeydə alınıb.
Bu hücumlarda amerikalı təcavüzkarlar yəmənlilərin mülki infrastrukturlarını, o cümlədən Əsr bölgəsindəki təmizlik lahiyəsini və Fərvəh əş-Şəbi bazar və məhəlləsini hədəfə alıblar. Bu da, Yəmən vətəndaşlarının mənzil və mağazalarına çoxlu maddi ziyanlar vurub.