Həftənin cümə axşamı səhər saatlarında xəbər mənbələri Amerika döyüş təyyarələrinin Yəmən ərazisinin bir neçə bölgəsinə hücum etdiyini bildirib.
Yəmən TV telekanallarından biri bu barədə məlumat verərək bildirib ki, Amerika döyüş təyyarələri bu gün səhər saatlarında Səna vilayətinin əs-Səbin bölgəsindəki ən-Nəhdəyn bölgəsini bombalayıb.
Səna xəstəxanası mənbələri bu hava hücumunda 3 yəmənli mülki vətəndaşın şəhid olduğunu bildirib.
Eyni zamanda, Yəmənin qərbindəki sularda yerləşən “Kəməran” adası da Amerikanın hücumlarına məruz qalıb.
Yəmənin bəzi xəbər mənbələri də Səada vilayətində bir bölgənin hədəf alındığını bildirib.
Daha əvvəl bildirilmişdi ki, amerikalı təcavüzkarlar Sənanın şərqindəki “Bəni Həşiş” bölgəsindəki “Rəccəm” ərazisini dörd dəfə hədəfə alıblar.
Yəmən silahlı qüvvələrinin Qırmızı dəniz və Ərəbistan dənizi, Bab əl-Məndəb və Ədən körfəzində İsrail gəmilərinə qadağaların bərpa olunduğunu elan etməsindən sonra Qəzzada fələstinlilərin qətliamına qarşı sionist rejimə dəstək verən ABŞ Yəmənə hücumlarını bərpa edib.