Amerika döyüş təyyarələri dünən səhər (bazar ertəsi) Sədə və Həccə əyalətlərini bombalayıb.
Yəmən mənbələri bildirdilər ki, ABŞ-ın təcavüzkar döyüş təyyarələri Sədə əyalətindəki “Ali-Əmmar” bölgəsini və Həccə əyalətindəki “Bəni-Həsən” bölgəsini üç dəfə bombardman edib.
Eyni zamanda, bir təhlükəsizlik mənbəyi Yəmən xəbər agentliyinə deyib: Düşmən ABŞ üç dəfə Sədə əyalətindəki əs-Səfra bölgəsindəki Ali-Əmmar ərazisini hədəf alıb.
O, qeyd edib: Təcavüzkar ABŞ qüvvələri Həccə əyalətindəki Əbəs bölgəsindəki Bəni-Həsən ərazisini də üç dəfə hədəf alıb.
Yəmənin Səna şəhərindəki Səhiyyə Nazirliyinin sözçüsü bazar ertəsi ABŞ-ın hücumunda Səna şəhərinin Şüub bölgəsindəki bir evə edilən hücum nəticəsində 4 nəfərin şəhid olduğunu və 25 mülki şəxsin yaralandığını açıqlayıb.
Yəmən mənbələrinin məlumatına görə, ABŞ döyüş təyyarələri həftənin bazar ertəsi Yəmənin qərbində yerləşən Hudeyda əyalətindəki “Kəməran” adasını 4 dəfə bombardman edib.
Qeyd edək ki, Yəmənin Silahlı Qüvvələrinin sözçüsü general Yahya Səri cümə axşamı səhər saatlarında (12 Mart 2025-ci il) bildirib ki, Qəzzə atəşkəsinin pozulması, İsrail rejiminin iqtisadi blokadaya davam etməsi və fələstinlilərə humanitar yardımların gəlməsinin qarşısını alması səbəbi ilə, Yəmən bu ölkənin İsraillə əlaqəli gəmilərinin Qırmızı Dəniz, Ərəb Dənizi və Bab əl-Məndəb boğazında hərəkətini yenidən qadağan edib.
O, əlavə edib: “Bu qadağa Qəzzə zolağının keçidlərinin açılması və bu bölgəyə ərzaq və dərmanların daxil olması təmin olunana qədər davam edəcək.” Bu hərbi rəhbər bildirib: “Əgər hər hansı bir İsrail gəmisi bu qadağanı pozarsa, müəyyən edilmiş əməliyyat bölgəsində hədəfə alınacaq.”
ABŞ İsrail rejiminin Qəzzədə fələstinlilərin qətlini dəstəklədiyi halda, Yəmənin Silahlı Qüvvələrinin İsrail gəmilərinin Qırmızı Dəniz, Ərəb Dənizi, Bab əl-Məndəb boğazı və Ədən körfəzində yenidən hərəkət etməsinin qadağan edilməsi barədə elanından sonra, Yəmənə qarşı hücumlarına yenidən başlayıb.