Amnesty International (Beynəlxalq Əfv Təşkilatı) Macarıstanın Beynəlxalq Cinayət Məhkəməsindən (ICC) çıxma qərarını şiddətlə qınayıb və bunu müharibə cinayətlərinin bütün qurbanlarına xəyanət adlandırıb və əlavə edib: “Macarıstan Netanyahunu qarşılamaqla faktiki olaraq İsrailin soyqırımına öz təsdiq möhürünü vurub.”
Beynəlxalq Əfv Təşkilatı rəhbəri Agnes Kallamard bəyanatında bildirib: Beynəlxalq Cinayət Məhkəməsinə üzv dövlətlərin rəhbərləri və rəsmiləri Netanyahu və ya axtarışda olan digər şəxslərlə görüşərək Haaqa məhkəməsinə xələl gətirməməlidirlər.
Kallamard əlavə edərək deyib: Macarıstanın Beynəlxalq Cinayət Məhkəməsindən çıxması iddiası beynəlxalq ədalətdən yayınmaq və Haaqa məhkəməsinin fəaliyyətinə mane olmaq üçün həyasız və mənasız cəhddir.
Təkilat rəhbəri Orbanın Netanyahunu qarşılamasını Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışda olan bir qaçqına sığınacaq vermək kimi qiymətləndirib.
Kallamard həmçinin vurğulayıb ki, Avropa İttifaqı və Beynəlxalq Cinayət Məhkəməsinin bütün üzv dövlətləri Macarıstanı təcili olaraq Netanyahunu həbs edib məhkəməyə təhvil verməyə çağırmalı və beynəlxalq ədalətə qarşı məkrli təhdidlərə qarşı məhkəməni müdafiə etmək öhdəliyini qətiyyətlə yerinə yetirməlidir.
O, həmçinin deyib: Macarıstanın Beynəlxalq Cinayət Məhkəməsindən çıxması bütün müharibə cinayətlərinin qurbanlarına xəyanətdir və macar xalqına dəstəyi baltalayır, çünki bu, macar xalqının növbəti ildə onlara qarşı törədilmiş cinayətlərə görə Haaqa məhkəməsində ədalət axtarmaq imkanını məhv edəcək.