Sionist rejimin ordusunun bir zabiti hərbçilərin qəzzəli mülki şəxslərdən gündə ən azı altı dəfə canlı qalxan kimi istifadə edildiyini etiraf edib.
Sionist qəzeti bu zabitdən sitat gətirib: “Mən Qəzzədə 9 ay xidmət etdim və 2023-cü ilin Dekabrında “ağcaqanad protokolu” adı altında mülki insanların canlı qalxan kimi istifadə edilməsinin şahidi oldum”.
Bu zabit əlavə olaraq deyib: “Sahədəki komandirlər bir ildən artıqdır ki, Qəzzədə dinc insanların canlı qalxan kimi istifadə edilməsini bilirdilər, lakin heç bir tədbir görmədilər. Bunun əvəzində Qəzzədə dinc insanların canlı qalxan kimi istifadəsini əməliyyat zərurəti hesab edirdilər.”
O, sözlərinin davamında qeyd edib: “Qəzzadakı demək olar ki, hər bir İsrail taqımının canlı qalxanı var və heç bir piyada qüvvəsi, əvvəlcə canlı qalxan həmin yeri axtarmadan, heç bir evə girməz”.
O, həmçinin bildirib: “Mənim gördüklərim Qəzzədə hər bir briqadanın 36 canlı qalxandan istifadə etdiyini təsdiq edir və bu da o deməkdir ki, bizim kölə kimi istifadə olunan bir yardımçı ordumuz var.”
Bundan əlavə, o, bildirib: “Hərbi polis cəmi 6 hadisə ilə bağlı araşdırma aparmaq üçün iş açıb, halbuki əgər hərbçilərin hesabat verməsi məsələsinə həqiqətən ciddi yanaşılsa idi, minlərlə araşdırma işi açılmalı idi.”