Amerika qəzetlərindən biri, İsrailin Suriyaya qarşı yeni fitnəsini və Druziləri daha çox cəlb etmək və ölkələrini parçalamaq məqsədi ilə ayrılmağa təşviq etmək üçün pul xərcləməsini ifşa edib.
ABŞ qəzeti məlumatlı mənbələrə istinad edərək, sionist rejiminin Suriyada ixtilaf salmaq üçün yeni cəhdlərindən xəbər verib.
Bu mənbələr qeyd ediblər ki, İsrail, Suriyada hər hansı bir ittifaqın yaranmasından ciddi şəkildə narahatdır və o, “Suriya druzilərinə yardım etmək üçün bir milyard dollardan çox pul xərcləməyi planlaşdırır”.
İsrailin son dövrlərdə Cənubi Suriyada apardığı fəaliyyətləri araşdırmaq, bu rejimin Suriyalı druziləri cəlb etməyə və onları ölkənin yeni hakimiyyətinə qarşı çıxmağa təşviq etməyə çalışdığını göstərir. Bu fəaliyyətlər, İsrailin “fitnə sal və idarə et” siyasəti çərçivəsində həyata keçirilir.
Analitiklərin fikrincə, Tel-Əvivin əsas məqsədi Suriyanın cənubunda müstəqil bir dövlət qurmaq və bu ölkəni parçalamaqdır. Qəzet İsrailin Suriyada hər hansı bir ittifaqın yaranmasından ciddi şəkildə narahat olduğunu təsdiqləyib.
Hesabata görə, sionist rejimi Suriyanın hərbi bazalarını və ölkənin yeni bölgələrini hədəf almaqla, Suriyada hakimiyyətdə olan üsyançıların hərbi güc qazanmasının qarşısını almağa çalışır. Suriyalı druzilərə maliyyə və siyasi dəstək vermək də ölkədə xaosun davam etdirilməsini təmin etmək və işğalçı rejimin maraqlarına xidmət etmək məqsədi daşıyır.

Canbolatın İsrailin Suriyaya qarşı yeni fitnəsi barədə xəbərdarlığı
Livanın keçmiş İrəliləyişçi Sosialist Partiyasının lideri Vəlid Canbolat işğalçıların Suriyaya qarşı planları barədə xəbərdarlıq edərək bildirib ki, Tel-Əviv Suriyanın müxtəlif icmalarından öz maraqları və bölgəni parçalamaq üçün sui-istifadə etməyə çalışır.
O, İsrailin separatçı planlarından digər ərəb ölkələrinin də təhlükəsiz olmadığını vurğulayaraq əlavə edib: “Sionistlər Suriyanı məhv etməyə, ərəb milli təhlükəsizliyini aradan qaldırmağa çalışırlar və onların guya Tövrata əsaslanan planlarının heç bir sərhədi yoxdur.”