Fələstin məsələləri üzrə ekspert “Məhəmməd Möhsün Fayezi” bir məqaləsində sionist rejimində qadınların məsələsini müzakirə edib və müxtəlif komponentlərlə bu rejimdə qadınların mövqeyini araşdırıb. Sonda o, HƏMAS və İsraildəki qadınların mövqeyini müqayisə edib.
Fələstin məsələləri üzrə ekspert “Məhəmməd Möhsün Fayezi” İran qəzetində dərc olunan “İsraildə qadın” sərlövhəli məqaləsində təbliğat və əsassız iddiaların əksinə olaraq, bu rejimdə qadınların mövqeyinin reallığını üzə çıxarmaq üçün sionist rejimdə qadınların vəziyyətini araşdırıb.
Məqalənin mətni:
Təsəvvürümüzdən çox uzaq olan bu xəbərlə başlayaq: “İsrail Demokratiya Mərkəzinin 2023-cü ilin əvvəlində dərc etdiyi hesabata görə, qlobal statistikalar işğal olunmuş ərazilərdə kişi və qadınların əmək haqqının bərabərliyinin çox fəlakətli olduğunu və dünya üzrə 105-ci yerdə qərarlaşdığını, həmçinin qadınların rəhbər vəzifələrdəki rolunda dünya üzrə 66-cı yerlə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ən aşağıdakılardan biri olduğunu göstərir.”
İşğal olunmuş ərazilərdə doğuş nisbəti 2,9-dur ki, bu da dünyəvi qadınlar, İsrail ərəb qadınları və ultra-dindar qadınlar arasında fərqlidir. İndi Haredi qadınlarının doğuş nisbəti 6,6, ərəblərin 3,1, dünyəvi qadınların isə 2,2-dir.
Ümumiyyətlə, İsraildə qadınlarla bağlı iki məsələ həmişə problem olub; Biz qadınların hərbi xidmət keçməsini və qadınların siyasətdəki varlığını araşdıracağıq.
İsrail qadınlarının siyasətdə heç bir nüfuzu yoxdur. Qolda Meir 1969-1974-cü illər arasında sionist rejimin baş naziri olduğu vaxtdan etibarən, bu vəzifəyə başqa heç bir qadın çatmayıb və İƏİT (OECD) üzvləri siyahısında İsrail hökumətinin başında qadın olmaq imkanının olmadığı ən uzun müddətə sahibdir.
İƏİT İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hazırda 37 üzvü olan qrup deməkdir. Kanada, Meksika, Yaponiya, Koreya, Danimarka, Norveç, Türkiyə və ABŞ daxil olmaqla əksər Avropa ölkələrinin və bir sıra qeyri-Avropa ölkələrinin üzv olduğu təşkilat.
2022-ci ildə keçirilən son Knesset seçkilərində 120 yerdən 29-u qadınların payına düşüb ki, bu da təxminən 25% təşkil edir. Rejimin saxta mövcudluğunun elan edilməsinin əvvəlində Knessetdə qadınların olması 10%-dən az idi. 70, 80, 90-cı illərdə bu rəqəm nəinki artmadı, hətta azalaraq 120 yerdən 7-11 yerə çatdı (10%-dən aşağı).
Digər toxunulası və İsraildə qadın problemi olan məsələ qadınların hərbi xidmət keçməsidir. Sionist rejim qadınların hərbi xidmətinin məcburi olduğu 10 ordudan biridir. Kabo-Verde, Eritreya, İsveç, BƏƏ, Norveç və Çad Respublikası kimi ölkələrdə Gürcüstan, Çin və Şimali Koreya ilə birlikdə qadınlar üçün hərbi xidmət var. İsrail qadınlar üçün 24 aylıq hərbi xidmət nəzərdə tutmaqla rekorda sahibdir.
İsraildə qadınlar evlilik, hamiləlik, dini səbəblər (Haredi) və xəstəlik kimi müxtəlif istisnalardan istifadə edərək ordudan qaçmağa çalışırlar. 2021-ci ilin statistikasına görə, müxtəlif güzəştlər əldə edərək hərbi xidmətdən yayınma halları 45%-ə çatıb ki, bu da qadınların hərbi xidmətə getməyə ciddi həvəs göstərmədiyini göstərir.
Orduda qadınların zorlanması və seksual mövzularla bağlı xəbərlərin artması, hərbi hissələrdə qadınların çoxalması, əsgərlikdən qaçmağa çalışmaq problemini daha da artırıb.
2000-ci ilə qədər qadınların hərbi hissələrdə olmasına ehtiyac yox idi. Lakin döyüş mövqelərində olan qadın əsgərlərin faizi 2015-ci ildəki 3%-dən 2019-cu ildə 8%-ə yüksəlib. Həmçinin, İsrail ordusu 2020-ci ildə bu rejimin hərbi hissələrinin 92%-nin qadınların qoşulması üçün hazır olduğunu açıqlayıb.
İşğal olunmuş ərazilərdə yəhudi və haredi ideyalarının geniş spektrinin mövcudluğu, qadınlarla bağlı feminizm və liberalizm dalğası ilə yanaşı, qadın məsələsi ciddi və düşündürücü məsələlərdən birinə çevrilib.
Bu məsələ qarşısındakı ikiliyə, yəni islamçılıq və Fələstin müsəlmanı cərəyanına qarışdıqda daha qabarıq görünür. Azad edilmiş israilli qadın əsir Ağam Berger müsahibəsində deyib: “Həmas qüvvələri bizə radio və televiziyadan istifadə etməyə icazə verirdilər. Biz qəzet oxuyurduq və 7 oktyabrdan sonra Hanukka bayramını qeyd etdik və dəniz kənarında gəzintiyə çıxdıq! Onlar üçün qadın müqəddəsdir. Oradakı qadın kraliçadır!”