Almaniyanın Türkiyədəki keçmiş səfiri 2011-ci ildə Suriya müharibəsinin pərdəarxası, 2013-cü ildə Suriyada Şərqi Qutaya kimyəvi hücum cinayəti və bu hücumda Ankaranın rolu ilə bağlı şok təfərrüatları açıqlayıb.
Sosial şəbəkələr Almaniyanın Türkiyədəki keçmiş səfirinin 2013-cü ilin avqustunda Suriyanın Şərqi Quta şəhərində kimyəvi qətliamla bağlı dəhşətli təfərrüatları açıqlayan müsahibəsinin videosunu yayıb.
Suriya müharibəsi; Bu, daxili deyil, proxy döyüş idi
Almaniyanın Türkiyədəki keçmiş səfiri 2011-ci ildə Əsəd rejimini devirmək məqsədi ilə başlayan Suriya müharibəsi haqqında deyib: Bilməliyik ki, Suriya müharibəsi qanlı bir müharibə idi və bu, sadəcə bir vətəndaş müharibəsi deyildi, əksinə ilk növbədə qeyd etmək lazımdır ki, bu bir proksi müharibəsi idi. Böyük aktyorların da rol oynadığını asanlıqla söyləmək olar.
Onun sözlərinə görə, birinci tərəfdə Bəşər Əsəd rejiminin süqutunu axtaran ABŞ, Avropa, Türkiyə və Fars körfəzi ölkələri, digər tərəfdə isə öz maraqlarını təmin etmək üçün Qərbin Suriyada böyük təsirə malik olmasını istəməyən Rusiya, İran və Çin dayanırdı.
Ona görə də, birinci tərəf Əsəd rejimini nəyin bahasına olursa-olsun məhv etmək istəyirdi ki, bunu təbii olaraq Suriya xalqı ödəməli idi. İkinci tərəf isə buna qarşı idi və beləliklə, vasitəçilk müharibəsi başladı və vəhşicəsinə davam etdi.
Çirkli müharibə və Əl-Qutaya kimyəvi hücum


2013-cü ilin avqustunda çox pis kimyəvi hücum oldu və bu hücumda mindən çox suriyalı həlak oldu. O zaman qurbanların dəqiq sayı məlum deyildi. Bu hücum Dəməşqin şərqindəki Əl-Quta sünni bölgəsində baş verib.
Keçmiş səfir əlavə edib ki, bu hücumda çox keçmədən ittiham barmağı Əsəd rejiminə tuşlandı. Obama bunu qırmızı xətt elan etdiyi üçün müdaxilə etməli idi. O zaman Qərb mediası, o cümlədən New York Times qəzeti Suriyaya hərbi hücumun zəruriliyi ilə bağlı uzun və geniş başlıqlar dərc edirdi.
Obama da hücum əmrini verdi və bir neçə gün sonra bölgəyə silah göndərməyə başladı, döyüş gəmiləri və uzaqmənzilli raketlər hədəf almağa hazır idi. Amma son anda, 2013-cü ilin avqustunda ABŞ prezidenti hücumu ləngitdi. O, Əsədin günahkar olduğunu, amma Suriyaya hücum üçün Konqresin təsdiqinin lazım olduğunu bildirdi.
Bu alman diplomat daha sonra Obamanın hücum əmrini niyə gecikdirdiyini belə izah edib: “Çünki Amerika kəşfiyyatı ona “hörmətli prezident, dayan” deyib.”
Əl-Quta cinayətinin reallığı.
Onun sözlərinə görə, Amerika və Britaniya kəşfiyyat orqanları əl-Qutada istifadə edilən kimyəvi silahları araşdırdıqdan sonra istifadə edilən sarin qazının Suriya ordusuna aid olmadığını müəyyən ediblər. Bu yolla Qərb də anladı ki, bu işdə Əsədə qarşı ittihamı sübut edəcək heç bir dəlil yoxdur.
Almaniya səfiri sözlərinin davamında deyib: O zaman həqiqət tam aydın deyildi və bu, yalnız “səhv bayraq altında hücum” kimi qeyd olunurdu. Amma bu gün mövcud dəlillər göstərir ki, bu kimyəvi hücum “Cəbhət ən-Nusra” və ya Suriyadakı “Əl-Qaidə”nin tərkibində olan hər hansı digər cihadçı qruplaşmanın Türkiyə kəşfiyyatı ilə əməkdaşlığının nəticəsidir.
Türkiyənin Cəbhət ən-Nusra ilə əməkdaşlığı
Burada verilişin aparıcısı sual verir ki, münaqişənin birinci tərəfində olan iki nəfər digərlərinə xəbər vermədən əməkdaşlıq edə bilərmi?
Səfir isə cavab verib: “İnsan bu barədə heç düşünmürdü. Niyə Türkiyə kəşfiyyatı Cəbhət ən-Nusra ilə əməkdaşlıq etməlidir? Çünki Ərdoğanın başçılıq etdiyi Türkiyə hökuməti və onun kəşfiyyat aparatı çox erkən anladı ki, Suriya müharibəsindən öz xeyrinə istifadə edə, cihadçılardan istifadə edərək, onlarla əməkdaşlıq sayəsində Suriyanın şimalındakı kürdləri və PKK-ya bağlı olanları məhv edə bilərlər.
Almaniyalı diplomat bildirib: Suriyadakı bütün məsələlər bir-birinə qarışmışdı və mürəkkəb idi. Bu arada Türkiyə açıq şəkildə Cəbhət ən-Nusranın, hətta sarin qazının tədarükü və silahlanmasına üz tutdu. ABŞ kəşfiyyat agentliyi də bu məsələdən ilk dəfə 20 yanvar 2023-cü ildə xəbər tutdu.
Bu keçmiş alman rəsmisinin sözlərinə görə, bu barədə ilk yazan insan Ərdoğan hökumətindən qaçmağa məcbur olan və hazırda Almaniyada mühacirətdə olan Türkiyə Cümhuriyyəti qəzetinin keçmiş redaktoru Can Dündar olub.
Məlumata əsasən, bu türk jurnalisti xəbər dərc edərək, Türkiyə kəşfiyyatının Cəbhət ən-Nusra və digər təkfirçi qruplaşmalara silah göndərməklə bağlı hərəkətlərini üzə çıxarıb.