“Suriya İnsan Haqları Müşahidə Təşkilatı” kimi tanınan mərkəz bu ölkənin qərbində üsyançı ünsürlərin cinayətlərinin hələ də davam etdiyini və bu gün iki əyalətdə 132 mülki ələvinin həyatını itirdiyini açıqlayıb.
Xarici KİV-in verdiyi məlumata əsasən, “Suriya İnsan Haqları Müşahidə Qrupu” kimi tanınan mərkəz bugün ölkənin qərb əyalətlərində Məhəmməd əl-Colaniyə bağlı üsyançıların ölənlərinin sayı ilə bağlı yeni statistik rəqəmlər dərc edib.
Məlumatda bildirilib ki, indiyədək Suriyanın qərb əyalətlərində silahlı üsyançılar tərəfindən 1225 dinc sakin öldürülüb.
Adı çəkilən təşkilatın məlumatına görə, bu gün, martın 11-də 132 mülki ələvi həyatını itirib. Beləki, Tartusda 72, Laziqiyyədə 60 nəfər şəhid edilib.
Üsyançıların Suriyanın qərbindəki cinayətlərinin şiddəti o qədər yüksək idi ki, hətta Amerikanın və bəzi qərb ölkələrinin səsini ucaldıb. Üsyançılar qətlə yetirdikləri dəlilləri aradan qaldırmaq üçün mülki yox, əsgər olduqlarını göstərmək üçün çoxlu sayda cəsəd gizlədiblər və ya onların yanına silah qoyublar.

Müşahidə Təşkilatından bildiriblər ki, Əl-Colaniyə bağlı ünsürlərin hücumları başlayandan bəri Suriyanın sahil bölgələrində ələvilər arasında 47 kütləvi qətl baş verib. Bu mərkəzin açıqladığı statistikaya görə, Laziqiyyədə 658, Tartusda 384, Həmada 171, Homs əyalətində isə 12 nəfər həlak olub.
Bu hesabata görə, mülki qurbanların sayı artmaqdadır və əl-Colani üsyançılarının etnik və məzhəb təmizləmə əməliyyatları hələ də davam edir. Həyatını itirənlərin əksəriyyəti isə qadın və uşaqlardan ibarətdir.
İnsan haqları təşkilatı beynəlxalq ictimaiyyəti təcili tədbirlər görməyə və mülki şəxslərə qarşı törədilən bu cinayətləri sənədləşdirmək üçün beynəlxalq araşdırma qrupları göndərməyə çağırıb.
Bu hüquq-müdafiə mərkəzi də silahlı üsyançılardan bu cinayətləri törədən təhlükəsizlik qüvvələrinin və müdafiə qüvvələrinin üzvlərinin cəzalandırılmasını istəyib.