Bugün (cümə günü) Suriya yerli mənbələri hökumətə bağlı üsyançı qüvvələrin Laziqiyyə əyalətinin bəzi kəndlərindəki əhalini kütləvi şəkildə öldürüklərini bildirib.
Xarici KİV-in verdiyi məlumata görə, Suriyada yerli media bildirib ki, Laziqiyyədəki “əl-Muxtariyyə” və “əl-Həfə” kəndləri üsyançıların, Suriya hökumətinin əvvəlki rejiminə sadiq olduqlarını iddia edərək əhalisini qətliam etdikləri kəndlərdəndir.
Bu qətliam üsyançılar və Suriya müqavimət qrupları arasında ölkənin qərbində baş vermiş şiddətli döyüşlərdən bir gün sonra baş verib.
Yerli mənbələrə görə, üsyançı qüvvələr yerli əhalini bir yerdə toplayıb, onları mülki geyimdə və heç bir silahları olmadığı bir halda qrup şəklində şəhid ediblər. Sosial mediada yayılan görüntülər üsyançıların bəzi mülki insanları it kimi hürməyə məcbur etdiklərini göstərir.
Suriyanın yerli mənbələri, həmçinin bildiriblər ki, onlarla ələvi mülki şəxs üsyançılar tərəfindən həbs edilib və məlum olmayan bir yerə aparılıb.