Fələstinli əsirlərin arıq və yaralı halda azad olunmaları insan hüquqları orqanlarının diqqətini növbəti dəfə İsrail rejiminin həbsxanalarındakı şəraitə yönəldib.
Avropa-Aralıq dənizi İnsan Haqları İzləmə Təşkilatı verdiyi açıqlamada bildirib ki, azad olunmuş fələstinli əsir və məhbusların ağır fiziki vəziyyəti işğalçı rejimin rəsmilərinin öz həbsxanalarını necə sistemli işgəncə mərkəzlərinə, başqa sözlə “dirilər qəbirsanlığı”na çevirdiyini göstərir.
İnsan Haqları Təşkilatının bəyanatında deyilir: “Qəzzə zolağındakı atəşkəslə bağlı əsirlər mübadiləsi razılaşması çərçivəsində İsrailin azad etdiyi fələstinli əsir və məhbusların ağır fiziki vəziyyəti onların həbs boyunca çətin yaşayış şəraitini göstərir; o cümlədən azad olunan ana qədər işgəncə, pis rəftar və təhqiramiz pozuntular.”
Avropa-Aralıq dənizi İnsan Haqları İzləmə Təşkilatı bəyanatın davamında deyib: “Biz əsirlərin və məhbusların 4 mərhələdəki azadlıq prosesini izlədik. Onların əksəriyyəti şiddətli fiziki pisləşmə və əhəmiyyətli dərəcədə çəki itkisinə düçar idilər. Bunun məqsədli aclıqdan qaynaqlandığı görünür.”
Mərkəz vurğulayıb: “Bu şərait İsrailin öz həbsxanalarını fələstinli əsir və məhbuslar, o cümlədən 7 Oktyabr 2023-cü ildən öncə həbs olunnalar və saxlanılanlar üçün necə sistemli işgəncə mərkəzlərinə çevirdiyini göstərir.”
Həmçinin bildirilib: “Azad edilən məhbusların əksəriyyəti pis rəftara və döyülməyə məruz qalıb, azad olunan ana qədər psixoloji işgəncə altında olub. Azad olunanların şəhid olması ilə sənədləşdirilən bu hərəkətlər beynəlxalq qanunlar əsasında təmin olunan insan haqlarının, əsir və məhbusların hüquqlarının kobud şəkildə pozulmasının göstəricisidir.”
Bu hüquq mərkəzi əlavə edib ki, bu hərəkətlər “onların həbs müddətində və azad olunduqları zaman məruz qaldıqları sistematik əziyyət, təhqir, aclıq və işgəncəni əks etdirir.”

Mərkəzdən əlavə olaraq bildirilib: “Məhbusların azad olduqları zaman məruz qaldıqları, saxlanılma şəraiti barəsindəki təsvirləri və həmçinin “dirilər qəbirsanlığı” adlandırdıqları həbsxanalar İsrail tərəfindən fələstinlilərin əzmini sındırmaq və onları ən yüksək dərəcədə ağrı və təhqirə məruz qoymaq üçün yaratdığı sistematik siyasəti bəyan edir. Hansıki bu, beynəlxalq insan haqlarının və humanitar hüquqların aşkar şəkildə pozulmasıdır.”
Daha öncə də, fələstinli əsirlər qolubağlı və ağrılı vəziyyətdə azad edildikdən sonra Beynəlxalq Qırmızı Xaç Komitəsi İsrailin fələstinli əsirlərlə rəftarından şiddətli şəkildə qəzəblənmişdi.