İraq saytlarından biri kürd mənbələrinə istinadən xəbər verib ki, Türkiyə Suriya və İraqda müəyyən əməliyyatlara başlamaları üçün 1200 nəfərdən ibarət İŞİD terrorçularına təlim keçir.
Xarici KİV-in verdiyi məlumata görə, kürd mənbələri Türkiyənin Suriya və İraqda sabitliyi pozmaq üçün plan cızdığını xəbər veriblər.
Verilən məlumata görə, Türkiyə əvvəllər İraqın Səncar və Məxmur kimi bölgələrində məğlub olmuş İŞİD üzvlərini yenidən dirçəltməkdədir.
Qeyd olunan mənbələr Türkiyənin təlim keçdiyi İŞİD üzvlərinin İraq vətəndaşları olduğuna işarə edərək deyib: Əzaz və İdlibə yaxın bölgələrdə onlarla düşərgə yaradılıb və İŞİD ünsürləri hərbi təlimlər keçirlər.
Bu mənbələrin verdiyi məlumata görə, təlimdə 1200-ə yaxın terrorçu iştirak edir ki, onların da çoxu İraqda yerləşən Mosul, Səlahəddin və əş-Şirqat sakinləridir.
Məlumatda, həmçinin bildirilib ki, Suriyanın bir neçə bölgəsində təlim düşərgələri yerləşir.
Bu mənbələrdən bildirilib: Türkiyənin bu ünsürlərin təlimlərindən məqsədi Suriyanın şimal-şərq bölgələrində, o cümlədən Mənbəc, İfrin və Kubanidə hərbi əməliyyatlar keçirməkdir. Türkiyə, həmçinin bu qüvvələri İraqa yollamaqla kürd təhlükəsizlik qüvvələrini hədəfə almağa çalışır.

Məlumata əsasən, bu terrorçuların İraqdakı missiyası kürdlərin yaşadığı və çəkişmənin olduğu bölgələrdə pərakəndə əməliyyatlar həyata keçirmək və sabitliyi pozmaqdır.
İraq qəzeti sonda yazıb: Bu məlumatlar Türkiyənin İŞİD ünsürlərini yenidən təşkilatlandırması və dəskətləməsi barəsində idi və beynəlxalq ictimaiyyət isə bu fəaliyyətlər qarşısında sakit dayanıb. Buna görə də, əgər bu məlumatlar doğru olarsa, Ankaranın Suriya və İraqla bağlı strategiyasında təhlükəli dəyişiklik sayılacaq və bu, regionda genişmiqyaslı təhlükəsizlik gərginliyinə səbəb olacaq.