Sionist rejimin vəzifədən uzaqlaşdırılmış müharibə naziri Qəzzə zolağında 15 aylıq müharibə zamanı bu bölgənin bəzi bölgələrində israilli əsirlər məsələsini təmizləmək üçün “Hannibal protokolu”nun icra olunduğunu etiraf edib.
Sionist rejimin baş naziri ilə yaranmış fikir ayrılığına görə bir neçə ay əvvəl müharibənin ortasında vəzifəsindən azad edilmiş keçmiş müharibə naziri Yoav Qallant ən son müsahibəsində maraqlı bir faktı etiraf edib.
O, sionist rejimin Tv kanallarından birinə verdiyi müsahibədə etiraf edib ki, “Orduya “Hannibal protokolu”ndan istifadə etmək göstərişi verilib. Bu isə əsirlərin, onları əsir götürənlərlə birlikdə öldürülməsini tələb edirdi.”
Hannibal sionist rejimindəki qalmaqallı protokollardan biridir ki, 2023-cü ilin Oktyabr ayının 7-də əsir götürülmüş israillilərin öldürülməsinə icazə verir.
Qallant ordunun bəzi məkanlarda bu protokolu icra etdiyini və bəzi məntəqələrdə isə onu icra etməkdən çəkindiyini bildirib ki, bu da böyük çaşqınlığa səbəb olub.
Vəzifədən kənarlaşdırılmış müharibə naziri, həmçinin etiraf edib ki, “İsraildə heç kəsin Qəzzə tunelləri şəbəkəsinin dərinliyi, genişliyi və mürəkkəbliyi barədə tam məlumatı yoxdur.”