ABŞ Dövlət Departamenti “İsrail” rejiminə 660 milyon dollar dəyərində Hellfire raketlərini satmağa razılıq verib.
Fransa xəbər agentliyinin verdiyi məlumata əsasən, ABŞ cümə günü “İsrail” rejiminə 7.4 milyard dollardan çox dəyəri olan bomba, raket və müvafiq təchizatların satışı ilə elə bir vaxtda razılaşıb ki, bu rejim Qəzzə müharibəsində ABŞ istehsalı olan dağıdıcı qabiliyyətli silahlardan istifadə edib.
Bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bu ölkənin Dövlət Departamentinin “İsrail” rejiminə 660 milyon dollarlıq Hellfire raketlərinin satışının qəbul olunduğunu açıqlayıb.
ABŞ Dövlət Departamenti İsrail rejiminə 6.75 dəyərində sursat və idarəedici dəstlərin mümkün satışına razılıq verib.
Amerikanın xəbər saytlarından biri bu sövdələşmənin 2025-ci ildə təhvil verilməyə başlayacaq təxminən 18 min hava bombasına şamil olduğunu bildirib.
2028-ci ildə təhvil verilməsi planlaşdırılan 3 min Hellfire raketi də bu müqaviləyə daxildir.
Keçmiş prezident Co Bayden administrasiyası ötən il 1800 ədəd 2000 funtluq bombanın İsrailə təhvil verilməsini təxirə salmışdı. Amma məlumatlar göstərir ki, Donald Tramp vəzifəyə gəldikdən sonra onun qərarını ləğv edib.
Dövlət Departamentinin bomba və raket satışını təsdiq etməsinə baxmayaraq, bu müqavilənin Konqresin də təsdiqinə ehtiyacı var və onun, ABŞ-ın Orta Şərqdəki ən yaxın müttəfiqinin silahla təmin edilməsində hər hansı bir problem yaradacağı gözlənilmir.