Yenicə dərc olunmuş sənədlər Britaniyanın silah şirkətlərinin sionist rejimin Qəzzə zolağına hücumları zamanı bu rejimlə şərik olduğunu göstərir.
Yeni dərc olunan sənədlər göstərir ki, Britaniya silah zavodları ötən aylarda sionist rejimin HƏMAS-la döyüşləri zamanı Tel-Əvivə silah ixrac ediblər.
Britaniya xəbər mənbələri həftənin çərşənbə günü İsrailin ən böyük dron və raket istehsalçısı “Elbit Systems” ilə əlaqəli olan bir neçə şirkətin Tel-Əvivə avadanlıqlar ixrac etdiyini yazıblar.
Dərc edilmiş sənədlər Elbit Systems ilə əlaqəli olan azı 4 şirkətin Qəzzənin bombalanması başlayan vaxtdan etibarən İsrail rejiminə avadanlıqlar ixrac etdiyini göstərir. Bu şirkətlər arasında hərbi elektro-optik sensorlar istehsal edən “Instro Precision” şirkətini qeyd etmək olar.
Bu şirkət sionist rejiminə silah, o cümlədən hədəf alma cihazlarına aid hissələrin ixracatı və hərbi təyyarələrin nümayişi üçün onlarla lisenziya əldə edib.
“Syntec” şirkəti Elbit Systems-ə dron istehsalı üçün kompozit materiallar ixrac edib. Bu tip dronların Qəzzədə onlarla mülki şəxsin öldürülməsi ilə əlaqəsi var.

İngiltərənin “Martin Baker” şirkəti də 2024-cü ilin Mart ayında İsrail rejiminə hərbi təyyarələr aid oturacaqlar ixrac edib.