Xəbər mənbələri Suriya yeni hökumətinin lideri və “Təhrir əş-Şam” silahlı üsyançıların komandiri Əbu Məhəmməd əl-Colaniyə bağlı silahlı ünsürlərin hücumu zamanı Suriyanın Hüms vilayətində yaşayan 10 şiə vətəndaş şəhid olub.
Suriya İnsan Haqlarına Nəzarət Təşkilatının hesabatına əsasən, Hərbi Əməliyyatlar İdarəsinin qüvvələri Hüms vilayətinin şiələr yaşayan bölgələrinə geniş miqyaslı hücum etməklə bu bölgələrdəki sakinləri əziyyət ediblər.
Colaniyə bağlı silahlı ünsürlər Hüms vilayətindəki əl-Kənisə kəndinə hücum etməklə suriyalı 5 vətəndaşı həbs edib və bu kəndin sakinlərinə əziyyət veriblər.
Onlar, həmçinin Tarin kəndində də 3 şiə vətəndaşı həbs edib və digər 3 nəfəri isə atəş açaraq yaralayıblar.
“Təhrir əş-Şam”a bağlı silahlılar Kəfərnan kəndinə də hücum edərək 27 nəfəri həbs edib, sakinlərdən bəzisini isə yaralayıblar.
Colaniyə bağlı silahlı ünsürlər, həmçinin əl-Ğəzilə və əl-Həmmam kəndlərində də 4 nəfəri küçədə edam ediblər və 5 nəfəri həbs edib, 10 nəfəri isə yaralayıblar.
Suriya İnsan Haqlarına Nəzarət Təşkilatının məlumatına görə, həftənin çərşənbə günü Colaniyə bağlı silahlı dəstə Hümsün qərbində yerləşən əl-Ğur qəsəbəsinə daxil olmaqla 4 vətəndaşın baş nahiyəsinə atəş açmaqla onları qətlə yetirib.
Adı çəkilən qüvvələr onlarla qarşıdurma yaratma ittihamı ilə digər 2 vətəndaşın da həyatına son qoyublar. Halbuki, yerli mənbələr bu qüvvələrlə hər hansı bir qarşıdurmanın baş verməsini təkzib ediblər.
Colaniyə bağlı silahlı ünsürlər bir neçə gün əvvəl Əsəd hökumətinin qüvvələrini sıxışdırmaq və təqib edilənləri həbs etmək bəhanəsi ilə Hüms vilayətinin şiələr yaşayan bölgələrinə qarşı geniş əməliyyatlara başlayıblar.
Suriyanın yerli medialarının məlumatına əsasən, indiyə qədər baş verən cinayətlərin çoxu əl-Qəbu, əl-Ğur, əl-Ğəzilə, əl-Hərqəl və Məryəmeyn kənd və qəsəbələrində yaşayanlar insanlara qarşı törədilib.