İsrail və Azərbaycan Respublikasının xüsusi əlaqələri var. Bəzi israilli analitiklər bu əlaqələri hətta “misli görünməmiş” adlandırıblar; bəzi sahələrdə Tel-Əviv və Vaşinton arasında belə görünməyən tam üst-üstə düşmə.
30 il bundan əvvəl Azərbaycan Respublikasının keçmiş prezidenti Heydər Əliyevin Nyu-Yorkda İsrail rejiminin baş naziri İshaq Rabin ilə uzun və xüsusi görüşü olub. Onlar qarşılıqlı dəstək barəsində danışıqlar aparıblar.
O zaman Azərbaycan özünü hərbi təhdidlər qarşısında qorumaq üçün İsrailin texnologiyasına və İsrailin də neftə ehtiyacı var idi. O vaxtdan bu əlaqələr inkişaf edib. Əksəriyyəti şiə məzhəbli müsəlmanlardan ibarət olan Azərbaycan İsrail rejiminin ən yaxın müttəfiqlərindən birinə çevrilib!
“Yaxın Şərqdə Həqiqət” (EMET) fondunun tədqiqat direktoru Cozef Epstein verdiyi müsahibədə deyib: “Azərbaycan Respublikası İsrailə ABŞ istisna olmaqla istənilən ölkədən daha yaxındır. Amma Vaşinqtonun əksinə olaraq Bakı İsrailin fələstinlilərlə münaqişəsi yaxud digər hər hansı bir məsələ ilə bağlı Yerusəlimə təzyiq göstərməyib və ya onu təhdid etməyib.”
O, vurğulayıb: “Azərbaycan Respublikası hətta qərbli şəriklərinin Qəzzə müharibəsinə görə İsrailə qarşı mövqe sərgilədiklərinə rəğmən, İsrailə sadiq qalıb.”
O, sözlərinin davamında bildirib: “Fransa, Almaniya və Britaniya kimi ölkələr İsrailə qarşı silah embarqosunun tətbiq olunması haqqında danışdıqları halda, Azərbaycan 7 Oktyabrdan və ondan sonrakı çoxtərəfli müharibədən bəri İsrailə olan enerji ixracatını artırıb.”

İsrail saytlarından biri öz hesabatında yazıb ki, İsrail və Azərbaycan Respublikasının əməkdaşlığı İrana qarşı əməkdaşlığa da şamil olub. Amma bu saytın yazdığına görə, əməkdaşlıq təkcə bu sahəyə aid olmayıb, əksinə, iki tərəfin enerji, müdafiə, elm və kənd təsərrüfatı sahələrində də yaxın əməkdaşlıqları var. Azərbaycan İsrailin neft ehtiyacının 50%-ni ödəyir. Bunun müqabilində, İsrail rejimi Azərbaycan Respublikasının silah idxalının təxminən 70%-ni təmin edir.
Digər tərəfdən, “Ziv Xanin” və general “Aleks Qrinberq” “Begin – Sadat” Strateji Araşdırmalar Mərkəzində ayrı-ayrı məqalələrdə yazıblar ki, Donald Tramp Bakı-Tel-Əviv əlaqələrinin dəstəklənməsi və gücləndirilməsini nəzərində saxlamalıdır. Onlar bu əlaqənin ABŞ-ın maraqları çərçivəsində olduğuna inanırlar.
Epstein bildirib: “Azərbaycan Respublikasının İsrail üçün ərməğan gətirdiyi mənfəətlər çox böyük miqyasda ABŞ üçün də rahat şəkildə hasil ola bilər. Amma bu fürsətdən istifadə etmək üçün ABŞ hökuməti siyasi dəyişikliyə əl atmalıdır.”