HƏMAS hərəkatı azad edilən fələstinli əsirlərin vəziyyətini israilli əsirlərlə müqayisə edərək bildirib: Azad edilən əsirlərin vəziyyəti müqavimət döyüşçülərinin əxlaqının və israilli işğalçıların fələstinlilərlə rəftarının göstəricisidir.
Qəzzə atəşkəs razılaşması çərçivəsində azad olunan əsirlər işğal olunmuş İordan çayının qərb sahillərindəki İsrailin Ofer həbsxanasında saxlanılma şəraitini dəhşətli təsvir ediblər.
15 aydan çox Qəzzədə əsirlikdə olan 3 qadının azad olunma anları və onların vəziyyətinin yaxşı olması ilə bağlı görüntülərin yayılması ivrit və Qərb medialarının diqqət mərkəzində olduğu halda, fələstinli əsirlər azadlıqlarını “Cəhənnəmdən azad olma” kimi təsvir ediblər.
Əbdül-Əziz Ətunə Qəzzə müqavimətinin nəticəsində bazar günü İsrail həbsxanalarından azad olanlardan biridir. O, verdiyi müsahibədə bildirib ki, həbsxanada “bizə hörmətsizlik edir və bizə nalayiq sözlər deyirdilər. Bizi vururudular və bizə tərəf gözyaşardıcı qaz atırdılar.”
18 yaşlı Roz Xuveys adlı azad olunan fələstinli qadınlardan biri israilli həbsxana gözətçilərinin fələstinli əsirlərlə heyvan kimi rəftar etdiyini bildirib.
O, qeyd edib ki, insult əlamətləri, ürəyinin ətrafında maye toplanması və həmçinin qan təzyiqinə görə vəziyyəti ağır olub, amma orada “qida və dərman olmayb.”
Bunun müqabilində isə HƏMAS-ın əsirliyində olan qadınların vəziyyətinin yaxşı olması və azad olunduqları zaman gülümsəyərək müqavimət qüvvələrindən hədiyyə almaları ilə bağlı görüntülər yayılıb. Bu da, ötən 15 ay ərzində bu görüntülərin əksinə olan iddialarla Qəzzədəki soyqırıma haqq qazandırmağa çalışan İsrail daxilində qəzəbə səbəb olub.
İsrailli 3 əsir qadının azadlığa çıxdıqdan sonra ilkin nümunələr üçün getdiyi sionist rejimin Haşomerdəki ən böyük xəstəxanasının direktoru onların fiziki və psixoloji cəhətdən sağlam olduqlarını təsdiqləyib və bildirib ki, öz ailələrinin yanına gedə bilərlər.