VARIETY jurnalı tərəfindən dərc olunan rəy:
Aleksis Blumun mübahisəli sənədli filmi Netanyahunun polis tərəfindən dindirilməsinin sızdırılmış lentləri əsasında çəkilib. O, amansız diktator olduğu qədər, həm də hiyləgər bir aktyordur.
Aleksis Blumun rejissorluğu ilə lentə alınan “The Bibi Files” (Bibi faylları) filmi mübahisəli və mühüm sənədli bir filmdir. Bu sənədli film İsrail rejiminin baş naziri Benyamin Netanyahunu zəhərli bulud kimi əhatə edən korrupsiya rüsvayçılığını bəyan etməyə çalışır. Bununla yanaşı, sənədli film daha çox Netanyahunun 2019-cu ildən bəri ona olunan ittihamları inkar etmək üçün göstərdiyi səylərin onun siyasətçi kimliyini necə dəyişdirdiyi barədədir.
Bu film Qəzzənin sonsuz qətliamlarının uzadılması üçün Netanyahunun vəhşicəsinə təkidləri ilə eyni zamanda, onun İsrail siyasətinin ifratçı sağ qanadı ilə birliyinin pik nöqtəyə çatdığını göstərir. Müharibə davam etdikcə, onun hakimiyyətdə qalması üçün bir bəhanə var. Bu hadisələrin içində, qeyd olunan bu sənədli film Netanyahunun hakimiyyətdən kənarlaşmaq və həbs olunmaqdan qorxduğunu, hətta hakimiyyətdə qalmaq üçün İsrail cəmiyyətində parçalanma yaratmağa hazır olduğunu çatdırır.
Milli liderlər korrupsiya ilə ittiham olunduqda, adətən bu ittihamlar ciddi olur. Riçard Nikson çoxlu cinayətlərlə devrildi. Ronald Reyqan İran-Konrta hadisəsində iştirak edirdi. Donald Tramp seçkilərə müdaxilədən tutmuş, cinsi təcavüzə qədər cinayətlərlə ittiham olunub. Buna görə də, Benyamin Netanyahunun rüsvayçılığı barədə eşitdiyiniz zaman ilk baxışda onlarla müqayisədə əhəmiyyətsiz dərəcədə şokedici olduğu nəzərə çarpa bilər.
O, rüşvətxorluq, fırıldaqçılıq və etibardan sui-istifadədə ittiham olunur. İttihamların ən mühümmü isə aldığı hədiyyələrlə bağlıdır; varlı və nüfuzlu dostların “səxavətinin” nümayişi, Netanyahu və həyat yoldaşı Saraya Cohiba (siqaret növü), siqarlar, şampan (axar) çayları və çox bahalı zinət əşyaları yağdıran kapitalistlər.
Müəllif: Owen Gleiberman

Sənədli filmi izləmək üçün aşağıdakı linkə daxil olun: