Sionist mediaları çərşənbə günü işğalçı rejimin baş nazirinin böyük korrupsiya ittihamları ilə bağlı məhkəməsinin ikinci gününün raket əleyhinə yeraltı zalda keçirildiyi barədə məlumat veriblər.
Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən hərbi cinayət törətmək ittihamı ilə mühakimə olunan sionist rejimin baş naziri çərşənbə axşamı günü Salon 512 kimi tanınan və əvvəllər sionist rejiminin cinayətkar qruplarının başçılarının məhkəməsi üçün istifadə edilən raket əleyhinə yeraltı bir salonda mühakimə olunub.
Sionist rejimi yaranan vaxtdan bəri ilk dəfədir ki, baş nazir öz vəzifəsi dövründə cinayət ittihamlarına görə məhkəməyə gəlir.
Netanyahu 2020-ci ilin Yanvar ayından bəri korrupsiya, rüşvətxorluq, əmanətə xəyanət ittihamları ilə üzbəüzdür və onun ilk məhkəmə iclası 2020-ci ilin May ayında keçirilib.
Bundan öncə, sionist rejimin Nazirlər Kabinetinin Tədqiqat Komitəsi də Almaniyadan sualtı qayıq alınması ilə bağlı korrupsiya işi barəsində bu rejimin beş rəsmi şəxsinə, o cümlədən Netanyahuya bu işlə bağlı xəbərdalıq mesajı vermişdi.
Sualtı qayıq alınması ilə bağlı korrupsiya işi işğalçı rejimin baş nazirinin yeganə korrupsiya işi deyil. Netanyahu həm də yəhudi kapitalistlərindən hədiyyə ünvanında təxminən 300 min dollar rüşvət almaqla bağlı olan “1000” adlı işdə də ittiham olunur. Bu işə əsasən, o, dələduzluq, aldatma və əmanətə xəyanətdə ittiham olunur.
Netanyahu “2000” adlı işdə də “Yediot Aharnot” adlı qəzetin françayzinq sahibi “Ernon Muzes”lə sövdələşməkdə ittiham olunur. Bu sözdələşmənin məqsədi adı çəkilən qəzetin Netanyahu və onun fəaliyyətləri barəsindəki müsbət xəbərləri yaymaq və eyni zamanda Yediot Aharnot qəzetinin rəqibi özəl “İsrail Hum” qəzetinə isə Nazirlər Kabineti tərərfindən təzyiq göstərilməkdir.
Bundan əlavə, Netanyahunun ən qalmaqallı işi Almaniyadan 3 sualtı qayığın alınması ilə bağlı olan “3000” adlı işdir. Hansı ki, bu iş 2016-cı ildə çox səs-küy yaratdı və sionist rejimin bəzi parlament nümayəndələri və siyasətçilər Netanyahunu güclü tənqid atəşinə tutdular.
“4000” adlı iş isə Netanyahunun “Bizek” telekommunikasiya şirkətinin sahibi ilə sövdələşməsinə qayıdır. Sionist rejimin prokrorluğunun hesabatına əsasən, Netanyahu bu işdə geniş həcmli korrupsiya ilə ittiham olunur. O, adı qeyd olunan şirkətin sahibi “Şavel Eloviç”ə baş nazir və onun ailəsinə media dəstəyi verməsindən ötrü milyonlarla dollar maliyyə vəsaiti ayırıb.
Qeyd etmək lazımdır ki, Beynəlxalq Cinayət Məhkəməsi Noyabr ayının 21-də, hərbi cinayət törətmək, bəşəriyyətə qarşı cinayət və aclıqdan (Qəzzə zolağı sakinlərini ac saxlamaq) silah kimi istifadə etmək ittihamları ilə Netanyahu və Qallanta həbs hökmü çıxarıb. Bu da dünya ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb.