Amerika bir neçə həftə öncə Suriyadakı qüvvələrini gücləndirmək üçün geniş hazırlıqlar həyata keçirib. Bu hazırlıqlardan biri 18 yük təyyarəsinin Suriyanın şərqində eniş etməsidir ki, bu da Vaşinqtonun əvvəlcədən Hələbdə baş verən hadisələrdən xəbərdar olduğunu göstərir.
ABŞ bir neçə həftə əvvəl Suriyaya 18 yük təyyarəsi göndərməyə başlayıb. Bu təyyarələr Suriyanın şimal və şərqindəki qanunsuz bazalarda yüz tonlarla silah və logistik avadanlıq gətirib. Bu hərəkətlər Vaşinqtonun son günlərdə Hələbdəki dəyişikliklərdən xəbərsiz olmadığını və uzun müddət əvvəl Suriyada yeni fitnə yaratmaq üçün hazır olduğunu çatdırır.
Məlumatlarda bildirilir ki, ABŞ təyyarələri “Həsəkə”nin şimal-şərqindəki “Ramilan”, “əl-Malikiyyə” bazalarına və Həsəkənin cənubundakı “əş-Şədadi” bazasına logistik avadanlıqlar boşaldıb.
Bundan əlavə, ABŞ-ın 15 hərbi karvanı İraqdan Suriyanın Badia bölgəsindəki (Suriya, İordaniya və İraq sərhəd üçbucağında) ABŞ hərbiçilərinin bazalarına daxil olub. Həmçinin ABŞ qüvvələri daim SDQ-nin elit qüvvələri ilə birlikdə döyüş hazırlıqlarını gücləndirmək üçün təlimlər keçiblər.
Xarici KİV-in məlumata əsasən, bu gün diqqətlər Hələbə yönəlib, halbuki bu dəyişikliklər bir neçə həftə əvvəl başlayıb və görünür ki, bu tədbirlər və hazırlıqlar Suriyanın şimal bölgələrindəki mürəkkəb şəraitlə üz-üzə gəlmək üçündür. Hansı ki, ötən çərşənbə günündən etibarən “Əbu Məhəmməd əl-Colani”nin başçılıq etdiyi “Təhrir əş-Şam” terror qruplaşmasının əməliyyatlarının başlaması ilə yeni mərhələyə daxil olub.