Britaniyanın məşhur qəzetlərindən biri Qərbin İsrailin Qəzzəyə qarşı müharibəsi və onu sorğu-sualsız dəstəkləməsi ilə bağlı rəsmi açıqlamasının “dəyişməz bir prinsip”, Baydenin Qəzzəyə zəruri yardımların daxil olmasının vacibliyi barəsində İsrailə göndərdiyi məktubu da seçiciləri cəlb etmək üçün siyasi bir hiylə kimi təsvir edib.
Britaniya qəzeti “Oven Cons”un Qərbin İsrailin Qəzzəyə qarşı müharibəsi ilə bağlı rəsmi açıqlaması barəsindəki məqaləsini dərc edib və onu hətta İsrail ABŞ-ı dəfələrlə “təhqir” etsə də, “dəyişməz bir prinsip” kimi təvsir edib.
Bu məqalə Vaşinqtonun ötən ay Tel-Əvivə göndərdiyi məktuba işarə edərək yazıb: Bu məktubda deyilir: “Zəruri yardımların Qəzzəyə daxil olmasının qarşısı sistematik şəkildə necə alınır?” Həmçinin ABŞ təhdid edib ki, Qəzzə mühasirəsinin aradan qaldırılması ilə bağlı tələblər 30 gün ərzində icra edilməzsə, naməlum addımlar atılacaq.
Cons öz məqaləsində ABŞ-ın demokrat senatoru “Kris Van Hollen”in sözləri ilə razılaşıb ki, bu məktub yalnız seçkilərə qədər olan dövrdə seçicilərin müsbət rəyini qazanmaq üçün siyasi bir hiylə idi. Çünki demokrat seçicilərin əksəriyyəti İsrailin Qəzzədə soyqırım törətdiyinə inanırdılar.
Bu jurnalist vurğulayıb ki, İsrail amerikalıların məktubunda qeyd olunanların heç birini yerinə yetirməyib. O, belə bir nəticəyə gəlib ki, Qərb xəbər agentlikləri koalisiyası İsraili dəstəkləyir. Buna görə də, İsrail nəinki bu məktuba əhəmiyyət verməyib, əksinə vəziyyətin daha da pisləşməsi ilə nəticələnən tədbirlər görüb.