Britaniya hökumətinin qadın məsələləri üzrə köməkçisi ölkədə qadınların ağır vəziyyətinə işarə edərək deyib: “Təəssüf ki, ev bəzi qadınlar üçün çox təhlükəli bir yer ola bilər.”
Britaniya hökumətinin Qadın Məsələləri üzrə Müavinliyi çoxsaylı təqiblərə baxmayaraq, ölkədə məişət zorakılığının qurbanlarına çevrilən qadınların səslərinin heç bir yerə çatmadığını etiraf edib.
Rəsmi məlumatlara əsasən, İngiltərə və Uelsdə hər beş gündə orta hesabla bir qadın hazırkı və ya əvvəlki şəriki tərəfindən qətlə yetirilir. Həmçinin İngiltərə və Uelsdə hər dörd qadından biri məişət zorakılığına məruz qalır. Hər iki dəqiqədən bir isə bir nəfər kömək üçün dövlət qayğı düşərgələrinə müraciət edir.
Britaniya hökumətinin Qadın Məsələləri üzrə müavini Anneliese Dodds deyib: “Qadınlar davamlı olaraq məişət zorakılığına məruz qaldıqlarını bildirirlər. Amma heç kəs onların dadına çatmır və onların qorunduqlarına əmin deyil.”
Dodds ailə üzvləri tərəfindən məişət zorakılığa və əziyyətlərə məruz qalan qadınların dəfələrlə Britaniya polisinə xəbər verdiklərini, amma nəticəsinin olmadığını etiraf edib.
Britaniya hökumətinin Qadın Məsələləri üzrə müavini Anneliese Dodds verdiyi müsahibədə ölkədəki qadınlara qarşı zorakılığın “çox yuxarı”, amma bucür cinayətlərə görə ittiham dərəcəsinin “çox aşağı” olduğu haqda xəbərdarlıq edib. O, qeyd edib ki, belə zorakılıqlar uşaqlara dağıdıcı təsir qoyur.
O, həmçinin bildirib: “Təəssüf ki, ev bəzi qadınlar üçün çox təhlükəli bir yer ola bilər.”
Bu dövlət rəsmisi öncəki rəsmilər kimi bu vəziyyəti dəyişdirməyə qərarlı olduğuna söz verib.
Britaniya qəzetlərindən biri yaxın günlərdə məlumat verərək bildirib ki, məişət zorakılığına məruz qalan qurbanların yarıdan çoxu evdən qaçdığına və dövlət qayğı mərkəzlərinin çatışmazlığına görə evsiz qalır.
