İşğalçı ordunun radiosu hesabat verib: Amerika İrana birbaşa hücum etməyib, amma onların təyyarələri “İsrail” pilotlarının həyatını xilas etmək üçün hazır idi.
İsrail rejiminin ordusunun radiosu açıqlama verərək bildirib: “Tel-Əviv və Vaşinqton hücum uğursuz olduğu təqdirdə icra edilməsi üçün İranda israilli iki pilotu xilas etməkdən ötrü plan hazırlamışdılar.”
Bu media orqanı əlavə olaraq qeyd edib: “Amerikalılar İrana hücum etməyiblər, amma onların qırıcı təyyarələri israilli iki pilotun həyatını xilas etmək üçün hazır idi.”
İsrail ordusunun radiosu, həmçinin bildirib: “Qeyd olunan plan İrana hücumdan öncə İsrail və Amerika arasında sıx əməkdaşlığın olduğunu göstərir.”
İsrail Radio və Televiziya Təşkilatı da Netanyahu kabinetinin nazirlərinə istinadən deyib: “Bizim İrana cavabımız İranın İsrailə hücumu ilə uyğun olmadı.”
İran İslam Respublikasının Hava Hücumundan Müdafiə Qərargahı şənbə günü açıqlama verərək bildirib: Sionist rejimi gərginlik yaradacaq bir addım ataraq Tehran, Xuzestan və İlam vilayətlərindəki hərbi mərkəzlərin bəzi yerlərinə hücum etmişdir. Ölkənin havadan müdafiə sistemləri vasitəsi ilə bu təcavüzkar addımı izləmək və onunla uğurlu mübarizə aparmaqla yanaşı, bəzi yerlərə məhdud həddə ziyan dəyib.
İran İslam Respublikasının Xarici İşlər Nazirliyi bu təcavüzkar addımı pisləyərək bildirib: BMT Nizamnaməsinin 51-ci maddəsində də özünü əks etdirən qanuni müdafiə haqqını vurğulamaqla, xarici təcavüzkarların əməlləri qarşısında özümüzü müdafiə etməyə vəzifəli olduğumuzu düşünürük.”