“Dallas” Beynəlxalq Sülh Araşdırma Mərkəzi İsrail rejiminə silah hazırlayan şirkətləri maliyyələşdirən qlobal bankları Qəzzə soyqırımının şərikləri və silah hazırlayan banklar kimi təsvir edib.
Spaniyanın baş naziri və Fransa prezidenti kimi avropalı liderlər bu yaxınlarda dünya ictimaiyyətindən İsrail rejimi tərəfindən humanitar qanunların pozulması səbəbi ilə bu rejimə silah satışını dayandırmalarını istəyiblər. Halbuki, bu Avropa ölkələrinə aid banklar Qəzzə və Livanda insanların qətliam edilməsində şərikdirlər.
2024-cü ilin Oktyabr ayında “Dallas” Beynəlxalq Sülh Araşdırma Mərkəzi “Silah hazırlayan bank və onun Qəzzə soyqırımdakı ortaq məsuliyyəti: Fələstin xalqına qarşı qətliamda istifadə olunan silahları istehsal edən şirkətləri maliyyələşdirmək” başlıqlı hesabat dərc edib. Bu, Spaniyaya məxsus mərkəzlərdən biridir və o, öz hesabatında diqqətini İsrailin Qəzzədəki hərbi əməliyyatlarda istifadə etdiyi silahları istehsal edən şirkətləri maliyyələşdirən bankların roluna yönəldib.
Bu hesabat bir qrup araşdırmaçı tərəfindən hazırlanıb və Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) və digər mənbələrin məlumatları əsasındadır.
Bu hesabatda “Sandanter Spanish Banking Group” və “Spanish Banking and Financial Services Company Banco Franches BBVA” daxil olmaqla 12 Spaniya maliyyə müəssisəsini bu silah istehsalçılarının əsas maliyyəçisi kimi təqdim edir.


Bu hesabat, həmçinin ötən onilliklərdə İsrail rejiminə silah ixracatının sənədləşdirilməsinə, maliyyə institutlarının, xüsusi ilə Spaniya bankları və bəzi beynəlxalq bankların silah şirlətlərinin maliyyəşləməsindəki roluna və onların Qəzzədəki dəhşətli ziyanlarına şamildir.
54 səhifəlik bu hesabat bir neçə ölkə və beynəlxalq bankın İsrail rejiminin silahlandırılmasında və onun Livandakı, Qəzzədəki mülki əhaliyə təsir edən hərbi əməliyyatları maliyyələşdirilməsində olan iştirakını göstərən cədvəllərə malikdir.
Həmin cədvəllərdən biri bu silahların İsrail rejiminin Qəzzəyə qarşı hücumlarında istifadəsi ilə bağlı nümunələrin sihasıdır. Bu cədvəl o silahları istehsal edən şirkətləri və onları maliyyəşdirən bankları müəyyən edir.
Başqa bir cədvəldə isə İsrail ordusunun silahlarını maliyyələşdirən ən yaxşı 100 beynəlxalq bankın rentinqi verilib. Hansı ki, onlar Qəzzədə soyqırım cinayətlərinin artmasına kömək ediblər.


Böyük güclərin İsrail rejimini silahlandırmaqda rolu
Qeyd olunan hesabata əsasən, ABŞ İsrail rejiminin əsas silah maliyyəçisi sayılır. Çünki onun verdiyi hərbi avadanlıqlar Qəzzədə yaşayış məntəqələrinə olan hava hücumlarında istifadə edilən F-16, F-35 və GBU-39 kimi dəqiq raketlərə şamildir.
Almaniya və İtaliya kimi digər ölkələr də bu rejimin zirehli maşınlar, müdafiə sistemləri və hərbi təyyarələrlə təmin olunmasında mühüm rol oynayır. Bu silahların mülki əhalinin yaşadığı bölgələrə hücumlarda istifadəsi onların itkilərinin yüksəlməsi ilə nəticələnib.

Beynəlxalq banklar Qəzzədə hansı cinayətlərə tərəfdaş olublar?
Bu hesabat ixrac olunan silahların Qəzzənin mülki əhalisinə olan təsirini araşdırıb və İsrail rejiminin məktəblərə, xəstəxanalara, yaşayış məntəqələrinə qarşı hava hücumlarında istifadə edilməsinə toxunub. Hesabatda F-35 təyyarələrinin və GBU-39 raketlərinin istifadəsi ilə əlaqədar dəqiq nümunələr təqdim edilib, hansı ki, hərbi obyektlərin hədəfə alınması iddiasına baxmayaraq, adətən, mülki insanları hücuma məruz qoyublar.
Ən əşkar sənədli nümunələrdən biri Qəzzədəki əş-Şücaiyyə məhəlləsinə olan hücumdur ki, 70-dən çox mülki şəxsin öldürülməsi və onlarla mənzilin dağıdılması ilə nəticələnib.
Hesabatda vurğulanır ki, banklar təkcə hava hücumlarını dəstəkləmir. Çünki Spaniyanın Sandanter Bankı tərəfindən maliyyələşən M109 haubitsa topları da Qəzzədəki həyati strukturların məhv edilməsi üçün istifadə edilir.
Hesabatın bir hissəsi beynəlxalq bankların İsrail rejiminin Qəzzə müharibəsində istifadə etdiyi silahları istehsal edən şirkətlərin maliyyələşməsi ilə əlaqədar olaraq atdığı addımlarla bağlıdır. Hesabat Spaniyanın BBVA və Sandanter banklarının Qəzzə hücumlarında istifadə edilən döyüş təyyarələri və ağır artilleriya istehsal edən Boeing, Raytheon və Rene kimi şirkətlərinin maliyyələşməsində iştirak etdiklərini göstərir.

Bu hesabatda deyilir ki, Sandanter bankının Boeingə 933 milyon dollar həcmində maliyyə yardımı göstərdiyi halda, BBVA bankı həmin şirkətə 1.3 milyard dollardan çox maliyyə yardımı göstərib. Bu yardımlar Qəzzə zolağına qarşı hərbi əməliyyatlarda istifadə olunan F-15 və F-35 təyyarələrinin inkişafına kömək edib.
Sandanter və Caixa kimi digər Spaniya bankları İsrail ordusunun istifadə etdiyi GBU bombalarını istehsal etdiyi şirkətləri maliyyələşdirir.
İşğalçı İsrail ordusunun Qəzzədəki əməliyatları və istifadə etdiyi silah-sursatlar geniş dağıntılara və mülki əhalinin ağır itkilərinə səbəb olub. Məlumatlara əsasən, işğalçı sionist ordusu 70 min tona yaxın partlayıcı maddə atıb. Bu da, 150 mindən çox fələstinlinin həyatını itirməsi və yaralanması, həmçinin universitetlər, xəstəxanalar və əkin sahələri də daxil olmaqla, strukturlara böyük ziyanların dəyməsi ilə nəticələnib. Həmçinin bu hücumlar 90% əhalinin didərgin düşməsinə səbəb olub.

Dünya banklarının ölümcül sövdələşmələrdəki səbəbi
Bəs bu bankların belə ölümcül sövdələşmələri həyata keçirməkdə məsqədi nədir? Dünya bankları bir çox səbəblərdən, o cümlədən ilk növbədə maddi qazanc əldə etmək məqsədi ilə silah istehsal edən şirkətləri maliyyələşdirirlər. Hansı ki, bu silahlar Qəzzə zolağında təsdiqlənmiş hərbi cinayətlərə və soyqırıma kömək edə bilər.
Şəffaflığın və hüquqi sorğulamanın olmamağı banklara hüquqi nəticələrlə üzləşmədən İsrail üçün silah istehsal edən şirkətləri maliyyələşdirməyə davam etmələrinə icazə verən bir mühit formalaşdırıb.
Hər şeydən əvvəl İsrail və ABŞ kimi bir çox Qərb ölkələri arasındakı hərbi və strateji əməkdaşlıq bankların silah istehsal edən şirkətləri maliyyələşdirməkdəki rolunu gücləndirir.