Yüzlərlə insan, o cümlədən yəhudi fəallar Nyu York Birjasının qarşısında keçirilən etiraz aksiyasında iştirak etməklə Amerikanın Qəzzədəki soyqırıma yardımının dayandırılmasını tələb ediblər.
Xarici KİV-in verdiyi məlumata görə, “Qoyun, Qəzzə sağ qalsın!” – bu, Nyu York Birjasının binasından çöldə ABŞ hökuməti tərəfindən İsrail rejiminin silahla təchiz edilməsinə etiraz üçün oturaq aksiya keçirən yüzlərlə insanın şüarı olub.

Bu etirazların dinc şəkildə keçirilməsinə baxmayaraq, Nyu York polisi aksiyada iştirak edənlərdən və əksəriyyəti “Sülh üçün Yəhudilərin Səsi” kimi fəal qruplardan olan 206 nəfərin həbs edilməsi haqda məlumat verib. Həmçinin polisin onlara qarşı zorakılığını nümayiş etdirən görüntülər yayılıb.

Etirazçılar “Soyqırımın maliyyələşdirilməsini dayandırın!”-deyə qışqırıblar. ABŞ-ın Brown Universitetinin bu yaxınlarda apardığı araşdırma ABŞ-ın ötən il və Qəzzə müharibəsi dönəmində “İsrailə” azı 18 milyard dollar silah yardımı etdiyini göstərir.
Nyu York etirazlarında iştirak edən yəhudi qruplarının sözlərinə görə, bu aksiyada 500-ə yaxın etirazçı iştirak edib və onlar Fələstinin azad olunmasına dair tələbdən əlavə, İsrail rejiminin Livana qarşı hücumlarının dayandırılmasını da tələb ediblər.