“Le Monde” nəşri dünyada bir çox tanınmış simanı izləyən sionist rejimin “NSO Group” şirkətinin Pegasus casusluq proqramının Fransa prezidenti Emanuel Makronu da addım-addım izlədiyini yazıb.
Casus proqramı habelə baş nazir Eduard Filipin və Fransa hökumətinin 14 nazirinin telefonlarına yüklənib.
Yelisey sarayından bildiriblər ki, bu informasiya təsdiqlənərsə, “ciddi addımlar” atılacaq.