İvrit qəzetlərindən biri sionist rejiminin afrikalı sığınacaq axtaranlara daimi yaşamaq icazəsi vermək vədəsi ilə onları Qəzzəyə qarşı müharibədə iştirak etməyə təşviq etdiyini üzə çıxarıb. Hansı ki, o vədələr indiyə qədər həyata keçməyib.
İbrani dilində yayımlanan qəzetlərdən biri sionist rejimin ordusunun Qəzzə müharibəsində afrikalı sığınacaq axtaranlardanistifadə etdiyini açıqlayıb.
Bu qəzet Tel-Əvivdəki rəsmilərə istinadən bildirib ki, ordu müharibədə iştirak edən və canını təhlükəyə atan afrikalı sığınacaq axtaranlara“İsrail”də daimi oturum icazəsi almaq üçün kömək edir.
Bu qəzetə qeyri-rəsmi danışan işğalçı ordunun rəsmi şəxsləri bu layihənin təşkilatlanmış şəkildə və ordunun hüquq məsləhətçilərinin idarəçiliyi altında olduğunu, amma sığınacaq axtaranların mənəvi tərəfi nəzərə alınmadan həyata keçirildiyini bildiriblər.
Qəzetin yazdığına görə, müharibədə iştirak edən sığınacaq axtaranların heç birinə indiyə qədər rəsmi status verilməyib.
Qeyd etmək lazımdır ki, hal-hazırda əksəriyyəti gənc olan təxminən 30000 afrikalı sığınacaq axtaran işğal altındakı Fələstində qalır. 3500-ə yaxın sudanlı məhkəmə orqanları tərəfindən verilmiş müvəqqəti statusa sahibdir və daimi oturum almaq üçün müraciətlərinə qərarın verilməsini gözləyirlər.