O, yarım əsrə yaxındır ki, sionist rejiminin ordusunda xidmət edir. İllər öncə beynəlxalq qanunları aşkarcasına pozmaqda ittiham olunub. Hal-hazırda isə Qəzzə zolağında fələstinlilərə qarşı hərbi cinayət törətməkdə ittiham olunur.
Yoav Qallant sionist rejiminin hərbi rəsmilərindən biri kimi yad edilir və o, bu rejimin işğal olunmuş Fələstindəki müharibələrinin çoxunda, həmçinin fələstinlilərin birinci və ikinci qiyamının yatırılmasında iştirak edib.
O, Netanyahunun sağçı və radikal kabinetinin 2022-ci ildə işə başına gəldiyi vaxtdan bəri sionist rejiminin müdafiə nazirliyi vəzifəsində çalışıb. Hazırda isə Qəzzə müharibəsi və şimal cəhbəsinin açılması ilə əlaqədar olaraq Netanyahu ilə yaranan ixtilaflarına görə vəzifəsindən uzaqlaşdırılma ərəfəsindədir.
O, sionist rejiminin 2008-2009-cu illərdə Qəzzə zolağına qarşı həyata keçirdiyi müharibədə beynəlxalq qanunları pozmzaqda ittiham olunur.

Ata və anası polşalı olan Yoav Qallant 1958-ci ildə Yafada dünyaya gəlib. Atası sionist rejiminin mahir snayperçilərdən olub və anası da illərlə İsrail Dəniz Qüvvələrində çalışıb.
Qallant əvvəlcə İsrail ordusunun komando qüvvələrinə qoşulub. Sonra Dəniz Qüvvələrində zabit kimi xidmət göstərib. Ordudakı xidməti bitdikdən sonra Amerikaya gedib və orada 2 il odun satmaqla məşğul olub.
İsrailə qayıtdıqdan sonra İsrailin hərbi gəmilərindən birində komandir olub, daha sonra isə İsrail Dəniz Qüvvələrinin Komandolar Bölməsinin komandiri olub. Bir neçə vəzifədə çalışdıqdan sonra nəhayətdə o, Netanyahunun sağçı və radikal kabinetinin 2022-ci ildə işə başına gəlməsi ilə müdaifə naziri vəzifəsinə seçilib.
Qallantın 2008-2009-cu illərdə Qəzzəyə qarşı müharibədə törətdiyi cinayətlər beynəlxalq qanunları və insan haqlarını aşkar şəkildə pozmaq ittihamı ilə ona qarşı şikayət olunmasın səbəb olub. Bu müharibədə onun göstərişi ilə Qəzzədə fələstinlilərin bütün əsas və həyati strukturları bombalanıb.
O, Yol və Tikinti naziri olduğu vaxt öz evini tikmək üçün dövlət torpağını zəbt etməkdə ittiham olunub. Buna görə də, dəfələrlə məhkəməyə çağırılıb və böyük rüsvayçılığa səbəb olub.
Əl-Əqsa Tufanı əməliyyatı və İsrail rejiminin Qəzzə zolağına qarşı təcavüzləri başlayan vaxt o, demişdi ki, bu müharibə İsrailin Qəzzə zolağındakı son müharibəsi olmalı və İsrail ordusu HƏMAS-ın işini bitirməlidir.
Qallant HƏMAS-ın məhvi üçün başladılan müharibənin bir, uzağı 3 ay çəkəcəyini proqnozlaşdırmış və demişdi ki, İsrail ordusu bu müharibədə insana bənzər heyvanlarla döyüşür.

Həbs olunma hökmünün verilməsi
2024-cü ilin May ayının 20-i Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru “Kərim Xan” Qəzzə zolağında hərbi cinayətlərdə və insanlığa qarşı qətllərdə iştirak etdiyinə görə, Qallant və Netanyahunun həbs olunma hökmünün verilməsini tələb edib.
Kərim Xan bildirib ki, Qəzzədə baş verən hərbi və insanlığa qarşı məsuliyyəti Netanyahu və Qallant daşıyır. Onlar Qəzzədəki fələstinlilərin həyatının məqsədyönlü şəkildə məhv edilməsinə görə məsuliyyət daşıyırlar və onların çoxunun əzab-əziyyət çəkməsinə səbəb olublar. Bundan əlavə, onlar Qəzzədə mülki əhalinin ac saxlanılmasının əsas səbəbkarlarıdır.