Sionist rejiminin keçmiş komandirlərindən biri bu rejimin HƏMAS-la əsirlər mübadiləsi yoluna daş atmasına işarə edərək, sionist ordusunun Qəzzə zolağında sərgərdan olduğunu vurğulayıb.
İvrit TV kanallarından biri sionist ordusunun cənub bölgəsinin keçmiş komandiri “Harail”ə istinadən bildirib ki, rejimin baş naziri Benyamin Netanyahu müharibəni naməlum vaxta qədər uzada bilməkdən ötrü “israilli əsirlərin azadlığı” üçün razılıq əldə etmək niyyətində deyil və o, yalnız bundan sonra tədqiqat komitəsi yaradacaq.
Harail Netanyahunun 12 dəfə razılaşmaya mane olduğunu açıqlayaraq, deyib: Biz indi Qəzzədə sərgərdan və giriftar olmuşuq. İordan çayının qərb sahillərindəki müqavimət artmaqdadır və şimal cəhbəsi də öz halına buraxılıb.