Yəmən xəbər mənbələri Amerikanın Yəmənin cənubuna olan hava hücumunda bir neçə şagirdin şəhid olduğu haqda məlumat veriblər.
Xarici KİV-in verdiyi məlumata görə, Təz vilayətindəki (Yəmənin cənubu) yerli mənbələrdən biri bildirib ki, ABŞ və İngiltərə qırıcılarının “ət-Təziyyə” şəhərinə olan hava hücumunda “əl-Cund” məktəbinin bir neçə şagirdi şəhid olub və bir neçəsi isə yaralanıb.
Yəmən qəzetlərdən biri öz müxbirinə istinadən bildirib ki, ABŞ qırıcıları “Aişə” qızlar məktəbini hədəfə alıb və azı 2 qız şəhid olub və 8 nəfər isə yaralanıb.
Verilən məlumata əsasən, adı çəkilən məktəb dağıdılıb və yaxınlıqdakı binalara da ziyan dəyib.
Bu Yəmən qəzeti eyni zamanda qeyd edib ki, ABŞ qırıcıları bu hücumdan sonra davamlı olaraq tarixi “əl-Cund” məscidinin və onun ətrafındakı yaşayış binalarının üzərində uçuşlar həyata keçiriblər.
Amerika və İngiltərə ötən aylar ərzində İsrailə dəstək fonunda Yəmən torpaqlarına dəfərlərlə hücum edib.
Yəmənlilər fələstinlilərə öz dəstəyini göstərmək üçün İsrail gəmilərinə və sionist rejiminin limanlarına doğru hərəkət edən gəmilərə keçid icazəsi vermədikləri vaxtdan etibarən, Amerika və İngiltərə Yəmənə hücuma başlayıb.