Sionist rejiminin 8200 kəşfiyyat bölməsi ən qabaqcıl casus orqanları arasında idi. Beləki, Netanyahu onu Amerika Milli Təhlükəsizlik Agentliyi ilə müqayisə edirdi.
Bir neçə il öncə Netanyahu çıxışına belə başlamışdı: “Hökumətlər digər hökumətləri kiber hücumuna məruz qoyurlar. Onlar bu işi gizli məlumatları oğurlamaq və ya silahların həcmini öyrənmək üçün edirlər. Əgər onların hücum etmək məqsədi olarsa yaxud hər hansı bir şey onları təhdid edərsə, bu işi həyata keçirirlər. İsrail qabaqcıl kiber təhükəsizliyinə sahib olan ölkələrdən biridir. Mənim 8 il bundan öncəki məqsədim İsraili kiber sahəsi üzrə dünyadakı ilk beş ölkədən birinə çevirmək idi. Bu məqsədə çatdığımı düşünürəm və bəlkə də, biz bu siyahıda birinciyik.” O, çıxışının digər bir hissəsində deyib: “Əgər NSA-nın nə olduğunu bilmirsinizsə, onun Amerikada 8200 bölməsi olduğunu deməliyəm.”

Amerika Milli Təhlükəsizlik Agentliyi yaxud NSA, ABŞ və dünyanın ən böyük kəşfiyyat orqanlarından biridir. Beləki, kəşfiyyat orqanlarınn çoxunu onunla müqayisə edirlər. Amma Netanyahu çıxışında 8200 kəşfiyyat bölməsinin həmin Amerika Milli Təhlükəsizlik Agentliyi olduğunu demədi. Əksinə, Amerika Milli Təhlükəsizlik Agentliyinin 8200 kəşfiyyat bölməsi olduğunu iddia etdi. Başqa sözlə desək, Netanyahu İsrail rejiminin 8200 kəşfiyyat bölməsini o qədər güclü sayır ki, Amerika Milli Təhlükəsizlik Agentliyini onunla müqayisə edir.

Britaniyanın məşhur qəzetlərindən biri bu kəşfiyyat bölməsi barədə yazıb: 8200 kəşfiyyat bölməsi Fələstin ərazisinə nəzarət etmək üçün böyük casusluq sistemidir. Ötən 6 ay ərzində İsrail ordusu süni intellektlə təchiz olunmuş bir neçə dəstəkliyici sistem yerləşdirilib və 8200 bölməsi tərəfindən sürətlə inkişaf etdirilib, diaqnoz qoyulub. Bu süni intellekt sistemləri kəşfiyyat zabitlərinə öz hədəflərini müəyyənləşdirməyə kömək edir. 8200 kəşfiyyat bölməsi 7 Oktyabr hücumunun praqnozlaşdırılmaması və qarşısının alınmamasına görə ciddi şəkildə tənqid olunub.
8200 kəşfiyyat bölməsi 1952-ci ildə Amerikanın köməyi və onun avadanlıqları ilə qurulub. Bu kəşfiyyat bölümü “İsrail Ordusu Kəşfiyyatı” təşkilatı olan “Aman” qrupuna tabedir. Verilən məlumata görə, 8200 kəşfiyyat bölməsi dünyanın ən qabaqcıl kəşfiyyat təşkilatıdır.
İki gün öncə Seyid Həsən Nəsrullah Hizbullahın İsrailə hücumundan sonrakı çıxışında deyib: “Biz Gillot hərbi kəşfiyyat bazasını hədəfə aldıq. Hansı ki, 8200 bölməsi orada yerləşir və çoxlu sayda terror əməliyyatı həyata keçirir.”
Müqavimət cəbhəsi tərəfindən yayılmış video görüntüdə Hizbullah qüvvələrinin Gillot hərbi kəşfiyyat bazasına tam agah olduqları və 8200 kəşfiyyat bölməsinin yerini dəqiq şəkildə müəyyən etdikləri görünür. Hizbullah, komandanlıq qərargahından əlavə, Gillot bazasının yemək salonu və mətbəxini də müəyyən edib.