Amerika İranın və Hizbullahın raketləri və dronları qarşısında işğalçı rejimə təhlüləsizlik şəbəkəsi yaratmaq üçün göstərdiyi səylər çərçivəsində, hər hansı raket hücumunu dəf etməkdən ötrü bu rejimə ən yeni təyyarələr, bombalar və raketlər göndərir.
Xarici KİV-in verdiyi məlumata görə, Qəzzə zolağına qarşı vəhşi hücumlar başlayan vaxtdan bəri Amerikanın bu rejimə olan yardımları 11 milyard dollardan çox olub.
Bəzi məlumatlı təhlükəsizlik mənbələri bildiriblər ki, Amerika Müdafiə Nazirliyi (Pentaqon) bir neçə gün öncə sionist rejiminin Orta Şərqdəki hava sahəsindəki üstünlüyünü artırmaq üçün 40 milyon dollar dəyərində qabaqcıl təyyarələrin göndərilməsinə şamil olan xüsusi silah müqaviləsini təsdiqləyib.
İsrail qəzetlərindən birinin hərbi jurnalisti Avi Aşkenazi qeyd olunan təhlükəsizlik mənbələrinə istinadən deyib: F15EX təyyarələri dünyanın ən qabaqcıl hücum təyyarələri hesab olunur. Bu təyyarələr Orta Şərq boyunca İsrailin Hava Qüvvələrinin üstünlüyünü artıran xüsusiyyətlərə malikdirlər.
İsrail mənbələri bu təyyarələrin xüsusiyyəti barəsində deyiblər: Bu təyyarələr ən güclü və ən qabaqcıl sistemə malikdir. Bu sistem bir çox hədəfləri, o cümlədən uzaq məsafələrdə olan təyyarələri, müxtəlif hündürlükdə olan dronları, qanadlı və digər raketləri eyni zamanda müəyyən edə bilir.
Aşkenazi, həmçinin bildirib: Bu təyyarənin digər üstünlüyü onların 27.5 tonluq bombaları daşıya bilməsidir ki, ona hava bombası daşıyan yük maşını deyilir. Hal-hazırda buna oxşar daşıma qabiliyyətli qırıcı təyyarı yoxdur.
İvrit qəzet mənbələrinin məlumatında bildirilib: Bu həftə Pentaqon 50 təyyarə alınması ilə bağlı müqaviləni təsdiqləyib. O təyyarələrin birincisi 2029-cu ilin əvvəllərində İsrailə təhvil veriləcək. Halbuki, İsrail ordusu təhvil müddətinin azaldılmasına ümid edir.
ABŞ müdafiə naziri Lloyd Ostin də bununla əlaqədar olaraq İranın İsrailə mümkün hücumundan əvvəl idarə olunan raket atana sahib sualtı qayığın Orta Şərqə göndərilməsi və təyyarə daşıyan gəmi qrupunun bölgəyə daxil olmasının sürətləndirilməsi ilə bağlı qərar çıxarıb.
Bundan əlavə, ivrit mediası bəzi Amerika və İsrail mənbələrinə istinadən bildirib ki, Vaşinqton İsrail rejiminə ixrac olunmasına mane olduğu dağıdıcı, xüsusilə yarım tonluq bombaların göndərilməsi ilə razılaşıb.
İvrit qəzetlərindən birinin verdiyi məlumata əsasən, yarım tonluq MK 83 bombalarından əlavə, sayı 1700 ədəd ehtimal olunan 250 kq-lıq MK 82 bombaları da Tel-Əvivə göndəriləcək. Hansı ki, onların zənnincə sionist rejiminin Rəfəhə hücumuna görə bu bombaların göndərilməsi gecikdirilib.
Truth Out saytının yazıçısı Şaron Çanq deyib: ABŞ prezidenti Co Bayden işğalçı qüvvələrin Qəzzədə fələstinliləri öldürmək üçün istifadə etdikləri 1 tonluq bombaları İsrailə vermədiyini iddia edib. Amma onun iddiaları yalandır.
O, vurğulayıb: Verilən məlumata əsasən, ABŞ hökuməti təkcə ötən 9 ay ərzində işğalçı rejimə təxminən 1 tonluq azı 14000 ədəd bomba, 250 kq-lıq 6500 bomba, 125 kq-lıq 2600 bomba, 3000 ədəd Hellfire raketi, 1000 ədəd səngər bombası və digər sursatlar verib.