ABŞ qəzetlərindən biri yazıb: 20.000-dən çox idarə olunmayan bomba, 2.600-ə yaxın idarə olunan bomba və istənilən yeri vuran 3.000 raket Amerikanın Oktyabrın 7-dən indiyə qədər İsrail rejiminə göndərdiyi silahlardandır.
Amerikanın tanınmış qəzetlərindən biri dərc etdiyi xəbərdə yazıb ki, Qəzzə müharibəsi başlayan vaxtdan indiyə qədər Amerikanın İsrailə göndərdiyi silah paketlərinin çoxu gizli olub yaxud da müəyyən qədər gizli qalıb.
Qeyd olunan ABŞ qəzeti Demokratiyaların Müdafiə Fonduna istinadən vurğulayıb: “İsrailin bu tezliklə silah və sursat sahəsində özünü təmin etmə həddinə çatma ehtimalı çox azdır.”
Qəzetdə bildirilib: İsrailin silah və sursat sahəsində özünü təmin etmə həddinə çatmama ehtimalı var.