Dünənə qədər hərbi forma geyinərək Qəzzənin günahsız qadın və uşaqlarına atəş açırdılar, bu gün isə idman paltarı geyinib, Parisə gəlməklə Olimpiyada dəyərlərini məxsərə ediblər.
Bundan bir neçə gün əvvələ qədər əllərində silah Qəzzədə qadın və uşaqların sinə və ürəklərini hədəfə alırdılar. Əyləncələri bu idi ki, onlardan hansı, uşaqların alnını daha dəqiq nişan alacaq və gün ərzində daha çox günahsız insan öldürəcək.
Xəstəxanalara sığınmış xəstələrə, qocalara və yaralılara belə rəhm etmədilər. Qəzzənin küçələrində və fələstinlilərin yaşayışsız və dağıdılmış evlərində bacardıqları hər bir rüsvayçılığı edib, şəkillərini də yaydılar.
Olimpiyada başlayan zaman hərbi formalarını çıxardıb, idman forması geyindilər və Fransanın, Amerikanın və Qərbin himayəsi altında Olimpiyada dəyərlərini ələ salmaq üçün Qəzzənin viran qoyulmuş küçələrindən Parisə yola düşdülər.
Bir neçə gün əvvələ qədər Qəzzəni bombalamaqla fələstinli uşaqları, qadınları və qocaları öldürən sionistlər bu gün Parisdədirlər. Olimpiyada təşkilatçıları və Fransa rəsmiləri də cinayətkar qatillərin Parisə girişinin qarşısını almaq əvəzinə Paris Olimpiyadası oyunları boyunca israilli idmançıları gecə-gündüz qoruyacaqlarını açıqlayırlar.

Bu il yüzə yaxın sionist hərbiçisinin idmançı adı ilə Olimpiyada yarışlarında iştirak etdiyi deyilib. Qəzzə xalqının qatillərinin Olimpiyadadakı iştirakı dünya xalqlarının bir çoxunun qəzəbinə səbəb olub.
Təqdim edilmiş statistikaya əsasən, sionistlərin vəhşicəsinə olan hücumlarında indiyə qədər 39 mindən çox insan şəhid olub. Bu günədək Qəzzə xalqından azı 11 min insanın taleyi barədə məlumatın olmadığı bildirilir. Ekspertlər hesab edirlər ki, bu insanlar viran qoyulmuş evlərdən qalan yüzlərlə ton dağıntı altında qalan şəhidlər və müharbə qurbanlarıdır. Bu insalar şəhid edilmiş 39 mindən çox insana əlavə olunarsa, indiyə qədər 50 min fələstinlinin şəhid olduğunu söyləmək olar. Bu, açıq-aşkar və inkar edilməz bir soyqrım nümunəsidir. Bu insanların da azı üçdə ikisi günahsız qadın və uşaqlardır.
Bu tükürpədici statistika Fransa hakimiyyəti, Beynəlxalq Komitə və Dünya Kampaniyasının İsrail idmançılarının 2024 Paris Olimpiyadasında iştirakının qadağan olunmasına qarşı laqeyid yanaşmalarına şahid olduğumuz bir vaxtda verilir.

Olimpiyada başlamamışdan əvvəl idmançıların yaxud da həmin İsrail hərbiçilərinin Olimpiyadada iştiraklarının qadağan olunmasını tələb edən müxtəlif kampaniyalar yaradıldı; sözləri “Olimpiyada Oyunlarının insani dəyərlərinin qeyd edilməsi İsrailin fələstinlilərə qarşı zülmkar addımları və soyqrımı ilə ziddiyyət təşkil edir” olan kampaniyalar.

Fransa Olimpiya Oyunları bu gün sionist rejiminin fələstinli günahsız kişi, qadın və uşaqların öldürdüyü halda keçirilir.
Bundan öncə, fransalı 26 deputatdan təşkil olunmuş bir qrup Beynəlxalq Olimpiya Komitəsindən (BOK) İsrailin Paris Olimpiya Oyunlarındakı iştirakını ləğv etməsini istəmişdi. Onlar israilli idmançıların Ukrayna ilə müharibəyə görə Rusiya idmançıları üçün nəzərdə tutulduğu kimi neytral bayraq altında yarışmalarına israr edirdilər. Amma Amerika və Qərbin dəstəkləri bu istəyin həyata keçməməsinə səbəb oldu.
Digər tərəfdən də Fələstin idman klubları, gənclər mərkəzləri və vətəndaş cəmiyyəti təşkilatları da Beynəlxalq Olimpiya Komitəsindən öz prinsiplərini qoruyub saxlamağı və üzərinə götürdüyü öhdəliklərə əməl etməsini istəmişdilər. Onlar İsrailin Olimpiya Oyunlarından kənarlaşdırılmasını istəmişdilər.

Olimpiya təşkilatçılarının sionist rejiminin oyunlardan kənarlaşdırılması üçün milyonlarla insanın istəyinə diqqət göstərməməsinə baxmayaraq, tamaşaçılar Parisdə hər bir yerdə sionistlərdən bir iz gördüklərində onların Olimpiyadada iştirakına reaksiya verərək etiraz edirlər.
Ötən günlər ərzində çoxlu tənqidlərə məruz qalan məsələlərdən biri də Qərbin və Olimpiya Komitəsi rəsmilərinin ikili yanaşması idi.
Olimpiya Komitəsi İsrail rejimini Qəzzənin minlərlə kişi, qadın və uşaqlarını vəhşicəsinə öldürdüyünə görə Olimpiyadadan kənarlaşdırmağa hazır olmayıb. Amma ötən il Rusiyanı Ukrayna ilə müharibəyə görə bu yarışdan uzaqlaşdırdı və bu gün Rusiya 2024 Olimpiyadasında iştirak etmir.
Qərbin ikili yanaşma tərzi və onların sionist rejiminin cinayətlərinə əhəmiyyət verməməsi yeni bir məsələ deyil. Uzun müddətdir ki, Qərb və Amerika liderləri belə rəftar edirlər. Buna baxmayaraq, Fransa və İngiltərədən tutmuş Amerikanın müxtəlif şəhərlərinə qədər bütün dünyada insanlar sionistlərin cinayətlərinə qarşı səslərini ucaldırlar. Qərbin susması və xəbər boykotu sionist rejiminin cinayətlərini ört-basdır edə bilmədi.
