Amerikanın məşhur qəzeti Netanyahunun çərşənbə günü ABŞ Konqresindəki çıxışına işarə edərək, onun Qəzzə müharibəsinin həqiqətlərinin üstünü örtmək üçün çoxsaylı təhriflərə əl atdığını etiraf edib.
Xarici KİV-in verdiyi məlmata görə, ABŞ qəzeti dərc etdiyi yazısında bildirib ki, İsrailin baş naziri ABŞ Konqresindəki çıxışında, çoxlarının “soyqrım” kimi təsvir etdikləri Qəzzə müharibəsindəki faktların çoxunu ört-basdır etmək məqsədilə həqiqətləri gizlədib.
Qəzet, həmçinin vurğulayıb ki, İsrailin baş nazirinin ən böyük təhriflərindən biri Rəfəhə hücumla bağlı faktları gizlətməsidir. Qəzetin etirafına görə, Netanyahu cənub şəhəri olan Rəfəhə hücumda heç bir mülki şəxsin öldürülmədiyini bildirib. Halbuki, bu bölgələrə olan raket hücumları və fələstinli mülki əhalinin kütləvi şəkildə öldürülməsi barəsində çoxlu məlumatlar var.
Netanyahu çərşənbə günü və Fələstini dəstəkləyən amerikalıların geniş etirazları arasında ABŞ Konqresində çıxış edib. ABŞ Konqresinin demokrat üzvlərinin çoxu bu çıxışı boykot edib. ABŞ-ın vitse-prezidenti Kamala Harris də səfər bəhanəsi ilə bu çıxışda iştirak etməkdən çəkinib.
Bu ABŞ qəzeti Netanyahunun yardımların Qəzzəyə daxil olması barəsindəki açıqlamalarının BMT-nin və digər insan haqları təşkilatlarının hesabatları ilə ziddiyyət təşkil etdiyi bildirib və İsrailin baş nazirinin Qəzzə faciələrindəki rolunu təhrif etdiyini etiraf edib.
Qəzet, həmçinin vurğulayıb ki, Netanyahu etdiyi çıxışda reallıqdan “fərqli bir sima” ortaya qoyub. O, HƏMAS-ın girovları azad etdiyi təqdirdə müharibəyə son qoyacağını iddia edib. Amma bundan öncə İsrailin Milli Birlik müxalifət partiyasının lideri “Benni Qantz” Netanyahunun atəşkəs razılaşmasının imzalanmasını aylardır ki, qəsdən təxirə saldığını açıqlamışdı.

Amerikanın xəbər TV kanallarından biri də sionist rejiminin baş nazirinin çıxışına işarə edərək yazıb: “İsrail Qəzzədə vətəndaş qarşıdurmalarının yaradılmasındakı rolunu yalandan əhəmiyyətsiz göstərib.”
ABŞ Konqresinin görkəmli nümayəndələri, o cümlədən senator Berni Sanders və Nensi Pelosi də Netanyahunun çıxışını tənqid ediblər. ABŞ-ın görkəmli senatoru Berni Sanders Netanyahunun ABŞ Konqresindəki çıxışını tənqid etməklə onu “hərbi cinayətkar” adlandırıb. Sanders X sosial şəbəkəsindəki şəxsi səhifəsində yazıb: “Hərbi bir cinayətkara belə bir iftixar verilməsi Amerika tarixində ilk olacaq. ABŞ Konqresində onu xoş qarşılamaq olmaz.”
ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi də X sosial şəbəkəsində yazıb: “Benyamin Netanyahunun Nümayəndələr Palatasındakı bugünki çox təzadlı təqdimatı ABŞ Konqresində çıxış etmək üçün dəvət edilmiş xarici rəsmilər arasındakı ən pis təqdimat idi.”
Konqresin yeganə Fələstin əsilli Amerika nümayəndəsi Rəşidə Tlaib də əlində bir tərəfində “hərbi cinayətkar”, digər tərfində isə “soyqrım cinayətkarı” yazılmış plakat tutmaqla Netanyahunun Konqresdəki çıxışına öz etirazını bildirib.
