İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Fələstinli uşaqların dəriləri hər gün Tel-Əviv qəssabı tərəfindən soyulur və ABŞ hökuməti və Konqresi isə bu cəlladı bütün bu cinayətlər qarşısında əl və fit çalaraq qarşılayır.
Nasir Kənani özünün X sosial şəbəkə səhifəsində sionist rejiminin baş naziri Benyamin Netanyahunun ABŞ Konqresindəki iştirakı və çıxışı, həmçinin Konqresə üzv olan nümayəndələr tərəfindən təşviq olunması barəsində yazıb: “Qondarma bir rejiminin cinayətkar baş naziri 9 ay qətliam və uşaq qətlindən sonra himayəçilərinin qucağındadır. Beləliklə də, özünü dünyaya günahsız və humanist kimi göstərmək üçün Qərb sivilizasiyasının onilliklərlə göstərdiyi səylər boşa çıxır və Amerika siyasətinin kobud və şeytani simasi bütün dünyaya bəlli olur.”
O, sözlərinə davam edərək yazıb: İndi amerikalı və avropalı liderlərin və siyasətçilərin dilindən eşidilən ən gülməli şüar insan haqları şüarıdır. Qəzzədə və İordaniyanın qərb sahillərində fələstinlilərin təbii hüquqları, o cümlədən yaşam haqqı, təhlükəsizlik, su, qida, dərman və müailcə olunma və s. kimi hüquqlar mümkün ola biləcək ən vəhşi şəkildə dünyanın tamamilə açıq gözləri qarşısında tapdalanır. Fələstinli uşaqların dəriləri hər gün Tel-Əviv qəssabı tərəfindən soyulur və ABŞ hökuməti və Konqresi isə bu cəlladı bütün bu cinayətlər qarşısında əl və fit çalaraq qarşılayır.
Kənani vurğulayıb: Ar kəlməsi bu alçaqlıq üçün çox kiçik kəlmədir.
Sionist rejiminin baş naziri Benyamin Netanyahu çərşənbə günü axşam Amerika Konqresində çıxış etdiyi vaxt minlərlə insan Konqres binası qarşısında ona qarşı şüarlar səsləndirib və əllərində “Netanyahu təqib olunur…O, hərbi cinayətkardır” şüarları olan plakatlar tutublar.