Xəbər agentliklərindəm birinin müxbiri bildirib ki, Almaniya əyalət parlamenti Amerikanın 2021-ci ildə “Şimal axını 2” qaz xəttlərinin çəkilməsinin qarşısını almaq üçün müdaxilə etməsi ilə bağlı iki nəfərin ifadəsini alıb.
Xarici KİV-in verdiyi məlumata görə, Almaniya əyalət parlamenti “Meklenburq-Ön Pommern”də “Şimal axını 2”nin tikintisinə dəstək fondunun yaradılması məsələsini müzakirə etmək üçün iclas keçirib.
Bu iclasda yerli ekoloji təşkilatlardan olan 2 anonim şəxs ifadə verərək bildirib ki, ABŞ 2021-ci ildə “Şimal axını 2” qaz xəttlərinin tikintisinin qarşısını almaq üçün səy göstərib.
Almaniya Sosial Demokratlar Partiyasının (SPD) parlament qrupunun rəhbəri Tomas Krüger “Meklenburq-Ön Pommern”də keçirilən Almaniya əyalət parlamentində anonim şahidlərin sözlərinə istinad edərək deyib ki, Amerika kəşfiyyat agentləri Donald Trampın prezidentliyi dövründə Almaniyada birbaşa tədbir görərək “Şimal axını 2” tikinti layihəsini pozmağa cəhd göstərib.
Rusiyanı Baltik dənizinin dibi ilə Almaniyaya birləşdirən Şimal axını 1 və 2 qaz xəttləri 2022-ci ilin Sentyabrında Danimarkanın Bornholm adası yaxınlığında baş verən silsiləvi partlayışlar nəticəsində məhv edildi.
Xarici KİV-in verdiyi məlumata əsasən, isveçlilər ilk dəfə olaraq 2022-ci ilin Sentyabr ayının axırlarında Şimal axını qaz xəttlərinin partladılması ilə bağlı xəbəri dərc etdilər. Bu hadisədən sonra Rusiya Baş Prokurorluğu beynəlxalq terorizm ittihamı ilə cinayət işi açıb.
Məşhur amerikalı jurnalist Seymur Herş Vaşinqton daxilindəki anonim mənbələrə istinadən yazdığı məqaləni dərc etməklə, partlayıcı maddələrin 2022-ci ilin İyun ayında ABŞ və Norveç Hərbi Dəniz Qüvvələrinin dalğıcları tərəfindən Şimal axını qaz xəttlərinin altına yerləşdirildiyini üzə çıxarmışdı.