Media məlumatları sionist rejiminin kəşfiyyat orqanlarına daxil olan hərbi kəşfiyyat, Mossad və Şin Betin Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin yüksək rütbəli əməkdaşlarına qarşı casusluq etdiyi göstərir.
İngiltərənin məşhur qəzeti hesabat verərək bildirib ki, rejimin kəşfiyyat təşkilatları bu insanlar və onların Fələstində insan haqlarının pozulması barəsində məhkəməyə məlumat verən fələstinlilərlə əlaqələri barəsində məlumatlar toplayıblar.
Bu tədqiqat sionist rejiminin təhlükəsizlik və məhkəmə xidmətlərindəki 20 mənbənin, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş rəsmilərinin, diplomatların və beynəlxalq hüquq ekspertlərinin açıqlamaları əsasında hazırlanıb.
Barəsində casusluq edilən ən mühüm şəxslərdən Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Fatou Bensouda, indiki prokuror Kərim Xan və onların əməkdaşlarına işarə etmək olar.
Bu arada bu İngiltərə qəzeti Mossadın keçmiş rəhbəri Yossi Koenin sionist rejimə qarşı araşdırmanı dayandırmaqdan ötrü gizli görüşlərdə Bensoudaya təzyiq göstərdiyini yazıb.